Siyasət

“AŞPA Azərbaycanda insan hüquqları məsələsini gündəmə gətirə bilər”

25 İyun, 2025
896

Foto: AŞPA

İyunun 23-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası start götürüb. 

2024-cü ildə quruma göndərdiyi nümayəndə heyətinin mandatı təsdiq olunmadıqdan sonra Azərbaycan bu sessiyaya da yeni heyət göndərməyib. 

Bunu sessiyada iştirak edən hüquqşünas, III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli Toplum TV-yə deyib. 

“Bildiyimiz kimi, Azərbaycanla AŞPA arasında münasibətlər artıq bir il yarımdır ki, tamamilə donub. Buna görə də, tərəflər arasında heç bir əməkdaşlıq mövcud deyil və Azərbaycandan AŞPA-ya qarşı tənqidlər səsləndirilir. Buna baxmayaraq, AŞPA-da Azərbaycanda insan hüquqlarının vəziyyəti aktual olaraq qalır və burada bir sıra qruplar bu məsələnin qaldırılmasının vacibliyinə inanırlar. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı artıq bir il yarımdan çoxdur dondurulub və Azərbaycan yeni nümayəndə heyəti göndərməyib. Bununla yanaşı, AŞPA-da birgə araşdırma mexanizmi var və qurum bu mexanizmi işə salaraq Azərbaycanda insan hüquqları məsələsini sistematik, institusional olaraq gündəmə gətirə bilər. Bununla da, AŞPA bu məsələni Avropa Şurası baş katibi və Nazirlər Komitəsi önündə qaldıra bilər”, - o bildirib. 

Rəhimli qeyd edib ki, Avropa Şurasının digər qurumlarının - Baş Katiblik və Nazirlər Komitəsinin Azərbaycanla münasibətləri davam edir. Onlar Azərbaycanla bağlı fəaliyyət planını təsdiq ediblər və növbəti mərhələdə bu planın icra edilməsi gözlənilir. 

“Azərbaycanda insan hüquqları isə əsasən AŞPA-nın səlahiyyətində olan məsələ idi, AŞPA da bunu araşdırma mexanizmini işə salaraq gündəminə gətirə bilər. Bununla bağlı qeyri-rəsmi müzakirələr davam edir və mexanizmin işə salınması mövzusu növbəti sessiyalarda qaldırıla bilər. Ümid edirik ki, qurum bu mexanizmi işə salacaq və Azərbaycanda insan hüquqlarının vəziyyətini araşdıracaq. Bu gerçəkləşsə, Baş Katiblik və Nazirlər Komitəsi Azərbaycandan insan hüquqları və siyasi məhbuslar problemi barədə tədbirlər görməyi tələb etməli olacaq. Nazirlər Komitəsi, həmçinin, “Məmmədli qrup işi” çərçivəsində də siyasi məhbus problemini gündəmə gətirib. Hələ ki Azərbaycan bu məsələ ilə bağlı fəaliyyət planını təqdim etməyib. Çox güman ki onlar sentyabr ayında bunu təqdim etməli olacaqlar”, - o əlavə edib. 

Yaz sessiyası iyunun 27-ə qədər davam edəcək. 

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

Digər əsaslara nümunə olaraq Azərbaycanda insan hüquqlarının pisləşən vəziyyəti, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir

13 Oktyabr 2026

Meydan TV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb. “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb. Oktyabrın 12-də, şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddia qaldırıb. Jurnalistlər və vəkillər ondan konkret olaraq kimdən nə qədər tələb edildiyini soruşublar. O isə cavabında bildirib ki, 12 nəfərdən hər...
Siyasət

Praqada Azərbaycanda həbsdə olan qadın jurnalistlərə həsr olunmuş sərgi açılıb

13 Oktyabr 2026

“Free Voices Collective e.V.”

Çexiyanın paytaxtı Praqada “FORUM2000” konfransının 30-cu toplantısı başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstandan siyasi məhbus kimi tanınan qadın məhbuslara həsr edilmiş sərgi təşkil olunub. Sərgi “FORUM2000” və “Free Voices Collective e.V.” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə hazırda həbsdə olan azərbaycanlı müstəqil jurnalistlər Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlanlı, Xəyalə Ağayeva, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Elnarə Qasımovaya dair məlumatlar nümayiş etdirilib.  Stendlərdə, həmçinin gürcü jurnalist Mzia Amaqlobeli, ictimai fəal Nino Dataşvili və müxalif siyasətçi Elena Koştaria haqqında məlumatlar yer alıb. Hər il təşkil olunan “FORUM2000” konfransı siyasətçiləri, ziyalıları və insan...

Seçilmiş Videolar

Toplum TV loqo