Pakistanı dəstəklədikdən sonra hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
Foto: açıq mənbə
Hindistanın “Sindur Əməliyyatı” və may ayında baş verən gərginlikdən sonra bu ölkədən Türkiyə və Azərbaycana səfər edən turistlərin sayı ciddi şəkildə azalıb.
“Indian Express” yazır ki, Pakistanı açıq şəkildə dəstəkləyən hər iki ölkə hazırda Hindistan ictimaiyyətinin boykot kampaniyası ilə üzləşib.
Hindistanın rəsmi turizm məlumatlara əsasən, Azərbaycana gələn hindistanlı turistlərin sayı 56 faiz, Türkiyəyə gələnlərin sayı isə 33 faiz azalıb.
May–avqust aylarında Azərbaycanı cəmi 44 min hindistanlı ziyarət edib — bu, ötən ilin eyni dövrü ilə müqayisədə yarıbayarı azdır.
Türkiyədə isə eyni dövrdə bu göstərici 1,36 lakhdan 90 minə düşüb.
Turizm şirkətləri — “MakeMyTrip”, “EaseMyTrip”, “Cox & Kings” və digərləri — may ayından etibarən bu istiqamətlərə səfərləri ya məhdudlaşdırıb, ya da tamamilə dayandırıb.
“MakeMyTrip” mayın 14-də verdiyi açıqlamada bu iki ölkəyə sifarişlərin 60 faiz azaldığını, ləğvlərin isə 250 faiz artdığını bildirib.
İctimai etirazlar fonunda şirkətlər bu istiqamətlər üzrə bütün kampaniyaları dayandırıb və müştərilərə “vacib olmadıqca səfər etməmək” tövsiyəsi verib.
Hindistan ordusu mayın 7-də “Sindur Əməliyyatı” çərçivəsində Pakistanda və Kəşmirin Pakistan hissəsində “terrorçu” infrastruktur hədəflərinə raket zərbələri endirdiyini açıqlamışdı.
Pakistan bu hücumları “müharibə aktı” adlandırıb, Hindistanın beş təyyarəsinin vurulduğunu və bir neçə hərbi obyektin məhv edildiyini iddia edib.
Toqquşmalar nəticəsində onlarla insan həlak olub, çox sayda insan yaralanıb.
Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq “Pakistana qarşı mülki itkilərlə nəticələnən hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəyliyini” bildirib.
Bu bəyanat Hindistanda geniş narazılıq doğurub. Sosial şəbəkələrdə “#BoycottAzerbaijan” həştəqi ilə kampaniya başlanıb.
İstifadəçilər həmvətənlərini Azərbaycana səfərlərdən imtina etməyə çağırıblar.
400 min izləyicisi olan Mr. Sinha adlı “X” istifadəçisi yazıb:
“Heç bir hindistanlı, terrora qarşı olan heç kim Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
şəxsi arxivi
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib