Siyasət

Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil 

18 Sentyabr, 2025
26

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Ermənistanla Albaniyanı səhv salmasından narahat olmadığını deyib. 

O, mətbuat brifinqində jurnalistlərdən birinin bu barədə sualına cavab olaraq bunu bildirib. 

"Ölkə liderləri də daxil olmaqla istənilən şəxs danışıqda səhvə yol verə bilir. Sonradan bu səhvi düzəldirlər. ABŞ prezidenti də sosial media paylaşımında bu səhvi düzəldib", - baş nazir qeyd edib. 

Paşinyan əlavə edib ki, özü də hərdən adları səhv salır. O, bu yaxınlarda iki erməni boksçunun adlarını səhv salmasını nümunə gətirib. 

Tramp bu yaxınlarda verdiyi iki müsahibədə Ermənistanın adını Albaniya ilə səhv salıb. O, Azərbaycanla Albaniyanın 30 ildən çox müharibə etdiyini və məhz onun sayəsində sülhə nail olduqlarını iddia edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini istəyib 

18 Sentyabr 2025

Foto: Azərtac

Azərbaycanda həbsdə olan erməni iş adamı və Qarabağdakı sabiq separatçı rejimin dövlət naziri olmuş Ruben Vardanyan məhkəmədən Ermənistan baş naziri Nikol Paşinyanın dindirilməsini istəyib.  "Azərtac"ın xəbərinə görə, sentyabrın 16-da Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyan bu vəsatətlə çıxış edib.  İş adamı, həmçinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun üzvlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələrinin dindirilməsini də istəyib.  Minsk Qrupu sentyabrın 1-də ATƏT üzv dövlətlərinin səsverməsi ilə buraxılıb. BQXK-nın Azərbaycandakı nümayəndəliyi isə sentyabrın 3-də ölkədə fəaliyyətini dayandırıb.  Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin...
Siyasət

Taliban "əxlaqsızlığın qarşısını almaq üçün" internetə qadağa qoyub  

18 Sentyabr 2025

Foto: Getty Images

Taliban hökuməti sentyabrın 17-də Əfqanıstanın şimalındakı bir sıra bölgələrdə internetə girişin qadağan edildiyini elan edib.  Vilayət rəhbərlərinin açıqlamalarına görə, bu addım “əxlaqsız fəaliyyətlərin qarşısını almaq” məqsədi daşıyır. İslamçı hərəkat əvvəllər də pornoqrafiya və kişilərlə qadınlar arasında onlayn ünsiyyətlə bağlı narahatlığını ifadə etmişdi. Bu, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ almasından bəri ilk belə internet qadağasıdır. Qadağa ölkənin şimalında yerləşən Kunduz, Bədəxşan, Bağlan, Təhxar və Bəlx vilayətlərini əhatə edəcək.  Rəsmilərin sözlərinə görə, məhdudiyyət yalnız fiber-optik kabel vasitəsilə internet bağlantılarına şamil olunur. Bununla belə, mobil telefonların internetə çıxışı açıq qalacaq. Taliban ötən ilin sonunda uzun siyahıdan ibarət “əxlaq qaydaları”nı qanuniləşdirib. Bu qaydalar...

Seçilmiş Videolar

Toplum TV loqo