Siyasət

Samir Aşurova tənbeh verildiyi, Afiəddin Məmmədovun "kars"a salındığı bildirilir

29 Noyabr, 2025
76

Foto/kollaj: Toplum TV

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi fəal Samir Aşurova tənbeh verildiyi, işçi hüquqları fəalı Afiəddin Məmmədovun isə cərimə kamerasına ("kars") salındığı bildirilir. 

S.Aşurovun həyat yoldaşı Nuranə Aşurovanın "Toplum TV"-yə verdiyi məlumata görə, müəssisə rəhbərliyinin cəzası həyat yoldaşının bu yaxınlarda Siyasi Məhbusların Müdafiə Komitəsini yaradan 6 fəaldan biri olmasına görədir. 

A.Məmmədovun yaxınları isə bildirib ki, fəal "kars”a salınması barədə müəssisədən məlumat göndərib və "ona qarşı təxribat hazırlandığını" iddia edib. 

A.Məmmədov daha əvvəl müəssisə rəhbərliyinin komitə təşkilatçılarından Samir Aşurov və Mehman Əliyevi çağıraraq onlara hədə-qorxu gəldiyini xəbər verib. 

O bildirib ki, “siyasi məhbus”lara qarşı hər hansı provokasiya baş verərsə, buna görə ədliyyə naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsuliyyət daşıyır.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir.

O, Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələri ilə ittiham olunur.

A.Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz aksiyası zamanı saxlanılmış və 30 sutka inzibati həbs edilmişdi.

Bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

A.Məmmədov ittihamı qəbul etmir və hüquq müdafiəsi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.

2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib

13 Dekabr 2025

Foto: president.az

Qırğızıstanın "Meadi" tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. "Azadlıq Radiosu"nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.  Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.  Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.  2022-ci il oktyabrın 11-də Azərbaycan...
Siyasət

Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"

9 Dekabr 2025

Foto: açıq mənbə

"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.  Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.  Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.  “Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo