Siyasət

Ceyhun Bayramovla Hakan Fidan regional məsələləri müzakirə ediblər

11 Dekabr, 2024
11

report

Dekabrın 11-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirlərin regionda münaqişədən sonrakı durumu, eləcə də Suriyada vəziyyəti və digər regional məsələləri müzakirə etdikləri deyilir. 

Bildirilir ki, Azərbaycan tərəf Suriyanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaqla hazırkı böhrandan tezliklə çıxacağına ümidvar olduğunu bildirib. 

Bayramovla Fidan ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər, məlumatda deyilir.

Ötən gün Ermənistan-Türkiyə sərhədində iki ölkənin nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və sərhədin açılması məsələlərinin müzakirə olunduğu bildirilir.

 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Rüfət Səfərov: “Blinkenə deyin ki, kövrəlməsin, sevinsin”

11 Dekabr 2024

açıq mənbədən götürülüb

Bakı Apellyasiya Məhkəməsi dekabrın 11-də hüquq müdafiəçisi Rüfət Səfərovun şikayətini təmin etməyib.  O, dekabrın 4-də Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində verilmiş qərarın - həbs qətimkan tədbirinin ləğvini tələb edib. Məhkəmə şikayəti təmin etməyib, onun həbsdə qalmasına qərar verib. Vəkil Rövşanə Rəhimli deyir ki, onu dəstəkləyənlərə təşəkkürünü çatdıran Rüfət Səfərov bir gün öncə - dekabrın 10-da ABŞ Dövlət Departamentinin mükafatını almasından da danışıb.  “Bir də xüsusilə qeyd etdi ki, cənab Blinkenə deyin ki, kövrəlməsin, sevinsin, Rüfət yaxşıdır”, - vəkil söyləyib.  Dekabrın 10-da ABŞ dövlət katibi Entoni Blinken ilin hüquq müdafiəçisi mükafatını Səfərova qiyabi təqdim edib, onun tədbirdəki boş qalan stuluna diqqət...
Siyasət

ABŞ dövlət katibinin köməkçisi: “Viza sanksiyaları da daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik”

11 Dekabr 2024

açıq mənbədən götürülüb

“Biz vətəndaş cəmiyyəti xadimlərini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir” ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand Turan agentliyinə müsahibə verib. O, Azərbaycanda insan haqlarının durumundan, son həbslərdən və Bakının ABŞ-a axırıncı mesajlarından danışıb. Dafna Rand deyib ki, “Mesaj budur ki, hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir, ABŞ və digərlərinin insan hüquqları müdafiəçilərini və vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Odur ki, mesaj yüksək və aydın şəkildə eşidildi”.    - Beynəlxalq İnsan Hüquqları Günü Azərbaycanda açıq-aşkar xoşbəxt gün deyil... Ardıcıl ikinci gündür ki, dövlət katibi Blinken Azərbaycan laureatlarını dünən Korrupsiyaya Qarşı Mübarizə Günü...

Seçilmiş Videolar

Toplum TV loqo