açıq mənbədən götürülüb
Foto-jurnalist Əhməd Muxtar Əhməd Muxtar həbs edilib. Xətai Rayon Məhkəməsi dekabrın 8-də onun barəsində 20 sutka həbs qərarı çıxarıb. Ə.Muxtar İnzibati Xətalar Məcəlləsinin 510-cu ( Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə ittiham olunur. Əhməd Muxtar dekarın 6-da “Meydan Tv” işi ilə bağlı saxlanılanlarla eyni vaxtda saxlanılıb. Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq”da şübhəli bilinərək saxlanılıblar. Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb. Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsində Meydan TV əməkdaşlarına qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə istintaq dövründə jurnalistlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edib: “Lazımi tibbi yardımla təmin olunmuram”
sosial media
Beynəlxalq təşkilat Azərbaycan hakimiyyətinə: “Aytac Tapdığın müalicəyə çıxışı təmin edilsin”
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”