açıq mənbədən götürülüb
Bakı Apellyasiya Məhkəməsi dekabrın 11-də hüquq müdafiəçisi Rüfət Səfərovun şikayətini təmin etməyib.
O, dekabrın 4-də Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində verilmiş qərarın - həbs qətimkan tədbirinin ləğvini tələb edib. Məhkəmə şikayəti təmin etməyib, onun həbsdə qalmasına qərar verib.
Vəkil Rövşanə Rəhimli deyir ki, onu dəstəkləyənlərə təşəkkürünü çatdıran Rüfət Səfərov bir gün öncə - dekabrın 10-da ABŞ Dövlət Departamentinin mükafatını almasından da danışıb.
“Bir də xüsusilə qeyd etdi ki, cənab Blinkenə deyin ki, kövrəlməsin, sevinsin, Rüfət yaxşıdır”, - vəkil söyləyib.
Dekabrın 10-da ABŞ dövlət katibi Entoni Blinken ilin hüquq müdafiəçisi mükafatını Səfərova qiyabi təqdim edib, onun tədbirdəki boş qalan stuluna diqqət çəkən rəsmi mükafatla birgə xatirə fotosu da çəkdirib.
Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ertəsi gün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunur.
Daxili İşlər Nazirliyi ToplumTV-yə açıqlamasında Səfərovun torpaq alqı-satqısı zamanı yaranmış mübahisə zəminində saxlanıldığını bildirmişdi. O, ittihamı qəbul etmir. ABŞ-da mükafatlandırıldığı üçün cəzalandırıldığını bildirir.
Səfərov “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçilərindən biridir. Təşkilat Azərbaycanda zorakılıq, işgəncə hallarını ictimailəşdirir, həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
report
ABŞ dövlət katibinin köməkçisi: “Viza sanksiyaları da daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik”
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub