Bakının Xəzər Rayon Məhkəməsi ictimai fəal Rza Səfərsoyun 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Rza Səfərsoy Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham edilir.
Özü bu ittihamı qəbul etmir. Hakimiyyəti tənqid etdiyinə görə həbs edildiyini deyir. Səfərsoyun iddiasına görə, onun mənzilində tapılan TT markalı tapançanı polis əməkdaşları qoyub.
Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır.
2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunmuşdu. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilsə də, 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad etmişdi.
Bu dəfə o, sosial şəbəkələrdə Abzas Media internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
report
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub