Siyasət

Türkiyə hərbi kəşfiyyatının rəhbəri Azərbaycanda görüşlər keçirir

3 Dekabr, 2024
27

pravda.az

Dekabrın 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında deyilir. 

Nazirlikdən bildirilir ki, nazir hərbi və digər sahələrdə uğurlu əməkdaşlıqdan, həmçinin, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Bundan başqa, Türkiyə nümayəndə heyətinə ordu quruculuğu sahəsində islahatlar barədə məlumat verildiyi deyilir.

İki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən Kadıoğlu isə birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələlərinin də müzakirə edildiyi bildirilir.

Yaşar Kadıoğlu Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Kərim Vəliyevlə də görüşüb.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ceyhun Bayramovla Hakan Fidan regional məsələləri müzakirə ediblər

11 Dekabr 2024

report

Dekabrın 11-də Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nazirlərin regionda münaqişədən sonrakı durumu, eləcə də Suriyada vəziyyəti və digər regional məsələləri müzakirə etdikləri deyilir.  Bildirilir ki, Azərbaycan tərəf Suriyanın öz suverenliyini və ərazi bütövlüyünü qorumaqla hazırkı böhrandan tezliklə çıxacağına ümidvar olduğunu bildirib.  Bayramovla Fidan ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər, məlumatda deyilir. Ötən gün Ermənistan-Türkiyə sərhədində iki ölkənin nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və sərhədin açılması məsələlərinin müzakirə olunduğu bildirilir.          
Siyasət

Rüfət Səfərov: “Blinkenə deyin ki, kövrəlməsin, sevinsin”

11 Dekabr 2024

açıq mənbədən götürülüb

Bakı Apellyasiya Məhkəməsi dekabrın 11-də hüquq müdafiəçisi Rüfət Səfərovun şikayətini təmin etməyib.  O, dekabrın 4-də Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində verilmiş qərarın - həbs qətimkan tədbirinin ləğvini tələb edib. Məhkəmə şikayəti təmin etməyib, onun həbsdə qalmasına qərar verib. Vəkil Rövşanə Rəhimli deyir ki, onu dəstəkləyənlərə təşəkkürünü çatdıran Rüfət Səfərov bir gün öncə - dekabrın 10-da ABŞ Dövlət Departamentinin mükafatını almasından da danışıb.  “Bir də xüsusilə qeyd etdi ki, cənab Blinkenə deyin ki, kövrəlməsin, sevinsin, Rüfət yaxşıdır”, - vəkil söyləyib.  Dekabrın 10-da ABŞ dövlət katibi Entoni Blinken ilin hüquq müdafiəçisi mükafatını Səfərova qiyabi təqdim edib, onun tədbirdəki boş qalan stuluna diqqət...

Seçilmiş Videolar

Toplum TV loqo