Foto: Reuters
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Rusiya neftini almamağa çağırıb.
Bu barədə "Reuters" agentliyi adını açıqlamadığı Ağ Ev rəsmisinə istinadən yazıb.
Bildirilir ki, sentyabrın 4-də Tramp Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və başqa liderlərin olduğu görüşə telefon zəngilə qatılıb.
“Prezident Tramp Ukrayna müharibəsinin maliyyələşdirilməsinin qarşısını almaq üçün Avropanın Rusiya neftinin alışını dayandırmalı olduğunu vurğuladı. Çünki Rusiya bir il ərzində Aİ-yə yanacaq satışından 1,1 milyard avro qazanıb”, - rəsmi deyib.
Məlumata görə, Tramp Avropanın həm də Rusiyaya kömək etdiyinə görə Çinə iqtisadi təzyiq etməli olduğunu vurğulayıb.
Avropanın əksər ölkələri 2022-ci ildə Rusiya xam neftinin, 2023-cü ildə isə yanacağının idxalını dayandırıblar. Trampın Macarıstan və Slovakiya tərəfindən davam etdirilən xam neft idxalına, yoxsa Hindistan kimi üçüncü ölkələrdə emal edilən Rusiya xam neftindən hazırlanmış yanacaq idxalına istinad edib-etmədiyi aydın olmayıb.
Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışan Tramp Rusiya ilə ticarət edən Çin və Hindistanı da yüksək tariflərlə hədələyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: AFP
Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam"
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib