Xamenei: "ABŞ İranla əməkdaşlıq istəyirsə, sionist rejimə dəstəyi dayandırmalıdır"
Foto: Reuters
İran ali lideri Seyid Əli Xamenei noyabrın 3-də Tehranda çıxışında ABŞ ilə əməkdaşlıq perspektivlərindən danışıb.
O deyib ki, bunun baş verməsi üçün ABŞ İsraili dəstəkləməyi dayandırmalıdır.
"ABŞ bəzən İranla əməkdaşlığa hazır olduğunu bildirir. Əgər onlar sionist rejimi dəstəkləməyi dayandırsalar, bölgədən hərbi bazalarını çıxarsalar və region işlərinə qarışmağı dayandırsalar, bu məsələlər nəzərdən keçirilə bilər. Amma bu, nə indi, nə də yaxın gələcəkdə mümkün görünür", - o qeyd edib.
Xamenei çıxışını 1979-cu ildə ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə Tehranda tələbələrlə keçirilən görüş zamanı səsləndirib.
"İran İslam Respublikası ilə ABŞ arasındakı münaqişə taktiki fikir ayrılığı deyil. Bu, mahiyyət etibarilə bir ziddiyyətdir. Bu, iki cərəyan - ABŞ və İran İslam Respublikası – arasında maraqlar toqquşmasıdır", - o, tələbələrə deyib.
"Bəzi insanlar soruşurlar: “Biz heç vaxt ABŞ-lə münasibətlər qurmayacağıq?” ABŞ-nin təkəbbürlü mahiyyəti təslimiyyətdən başqa heç nəyi qəbul etmir. Hazırkı ABŞ prezidenti bunu açıq şəkildə bildirib və Amerikanın daxili mahiyyətini ifşa edib. İran kimi bir xalq üçün belə bir təslimiyyətin nə mənası ola bilər?", - Xamenei sual edib.
Ali lider İranın özünü gücləndirməyə davam etməli olduğunu əlavə edib:
"Əgər ölkə güclü olarsa və düşmən bu güclü millətlə üz-üzə gəlməyin yalnız itki gətirəcəyini hiss edərsə, ölkə mütləq toxunulmaz olacaq. Hərbi güc, elmi güc və ölkənin düzgün idarə olunması vacibdir".
Noyabrın 2-də isə İranın xarici işlər naziri Abbas Əraqçi "Al-Jazeera"-yə müsahibəsində bildirib ki, Tehran Vaşinqtonla yalnız nüvə proqramı üzrə “danışıqlara başlamağa hazırdır”. O, İranın raket qabiliyyətləri barədə danışıqları istisna edib.
Nazir əlavə edib ki, danışıqlar “ABŞ bərabər və qarşılıqlı maraqlar əsasında danışıqlara hazır olduğu zaman” yenidən başlaya bilər. "Görünür, onlar tələsmirlər, amma biz də tələsmirik", - o deyib.
Qərb dövlətləri İranı uranın zənginləşdirilməsi yolu ilə gizli şəkildə nüvə bombası hazırlamağa cəhd göstərməkdə ittiham edir və bu fəaliyyətə son qoymasını tələb edirlər. Tehran isə nüvə proqramının yalnız mülki enerji məqsədlərinə xidmət etdiyini deyir.
Tehran və Vaşinqton bu ilin əvvəlində nüvə danışıqları üzrə beş raunddan ibarət danışıqlar aparıblar, lakin bu danışıqlar iyun ayında İsrail və ABŞ-nin İranın nüvə obyektlərini bombaladığı 12 günlük hava müharibəsi ilə başa çatıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: #
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq"
Foto: Reuters
Foto: açıq mənbə
Bəylər Eyyubovun qardaşı oğlu həbs olunub
"Toplum TV işi": Hakim Azər Tağıyevin prosesdən uzaqlaşdırılması istənib
ABŞ-də 37 yaşlı qadın miqrasiya polisi tərəfindən güllələnərək öldürülüb
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
Azərbaycan quru sərhədlərini niyə açmır?