Sosial

2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

6 May, 2026
113

Açıq mənbə

2026-cı ilin əvvəlindən indiyədək Azərbaycanda azı 17 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb. 

Məlumatı "Abzas Media" Xəzər Hərbi Tədqiqatlar İnstitutuna istinadən yayıb. 

Qurumun kütləvi informasiya vasitələri əsasında apardığı monitorinqə görə, cari ildə indiyədək 3 hərbi qulluqçu müxtəlif xəstəliklərdən, 2 nəfər intihar nəticəsində, 5 nəfər avtomobil qəzasında, 2 nəfər bədbəxt hadisə nəticəsində, 1 nəfər isə ehtiyatsızlıq səbəbindən həyatını itirib. Daha 4 nəfərin ölüm səbəbi açıqlanmayıb.

Ölənlərdən 12 nəfər Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub. Onların 3-ü əsgər, 2-si zabit, 2-si gizir, 3-ü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 2-si kursant olub. Digərlərinin hərbi rütbəsini müəyyən etmək mümkün olmayıb. 

İnstitut, həmçinin, qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin mayın 5-dək olan dövründə 13, 2024-cü ilin eyni dövründə isə 11 hərbi qulluqçu həyatını itirmişdi.

Ümumilikdə, Azərbaycanda 2024-cü ildə 51, 2025-ci ildə isə ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

5 ayda 6 əsgər ölümü: DSX-də nə baş verir? 

10 İyun 2026

Açıq mənbə

Tovuzun Əyyublu kəndindən olan, Sərhəd Qoşunlarının Naxçıvandakı hərbi hissəsində xidmət etmiş Natiq Məmmədov iyunun 1-də vəfat edib. Ailə üzvlərinin dediyinə görə, o, cəmi iki ay imiş ki xidmət edirmiş. Mətbuatda əsgərin qızılca xəstəliyindən öldüyü yazılsa da, ailə övladlarının öldürüldüyünü iddia edir. Dəfn mərasimində də çəkilişə icazə verilmədiyi deyilir.  “Ay camaat, dünən bura 20-30 polis tökmüşdülər ki, heç kim çəkiliş eləməsin. Ay millət, mən adammı öldürmüşdüm? Mən oğurluqmu eləmişdim, kimisə yaralamışdımmı ki bu qədər polisi tökmüşdülər?”, - “HamamTimes” səhifəsinin yayımladığı videoda danışan ata Namiq Məmmədov deyir.  Ötən ay Sərhəd Qoşunlarında xidmət zamanı ölən əsgər Ramin Cəbrayılovun qohumları da dəfn və yas...
Sosial

Məktəblərdə “TikTok” bloklanıb, sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir

8 İyun 2026

Getty Images

Azərbaycandakı ümumtəhsil məktəblərində “TikTok” sosial şəbəkəsinə giriş bağlanıb.  APA-nın xəbərinə görə, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin komitələrinin birgə iclasında çıxışı zamanı məlumat verib. Nazir müavininin sözlərinə görə, məktəblərdə internetdən istifadə təhlükəsizlik qaydalarına uyğun şəkildə tənzimlənir. Hazırda terrorizm, zorakılıq və digər zərərli məzmunlarla əlaqəli 200-dən çox mövzu üzrə internet resurslarına giriş məhdudlaşdırılıb. Firudin Qurbanov bildirib ki, görülən tədbirlərin əsas məqsədi uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasıdır. O qeyd edib ki, müxtəlif araşdırmalar sosial şəbəkələrdən həddindən artıq istifadənin uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyur. Milli Məclisin komitələri həmçinin yaş məhdudiyyəti tətbiq...

Seçilmiş Videolar

Toplum TV loqo