Sosial

Azərbaycanda demoqrafik balans pozulur: doğumlar azalır, ölümlər artır

31 Oktyabr, 2025
282

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsi 2024-cü ildə ölkənin regionlarında demoqrafik vəziyyətə dair göstəriciləri açıqlayıb. 

Bəzi rayon və şəhərlər üzrə doğum və ölümün dinamikası bölgələrarası müqayisədə ciddi fərqlər olduğunu göstərir.

DSK-nın məlumatına görə, ölkənin üç rayonu istisna olmaqla yerdə qalan bütün inzibati vahidlərdə 2023-cü ilə nisbətən doğumda azalma qeydə alınıb. 

Doğumların sayı Xocalıda 8, Daşkəsəndə 4, Şabranda isə 2 faiz artıb. 

Amma doğulan uşaqların sayı Xocavənddə 27, Şuşada 22, Qubadlıda 21 faiz, Xızı və Laçın rayonlarında 17 faiz azalıb. Yerdə qalan bölgələr üzrə doğum sayında təxminən 5-10 faiz ətrafında azalma olub.

Öz növbəsində, ölkə üzrə doğum göstəricisi orta hesabla 9 faiz azalıb.

Ölüm göstəricisində də bölgələrarası fərqi xeyli böyükdür. 

Məsələn, Naftalan və Saatlıda 2024-cü ildə əvvəlki ilə nisbətən əhali arasında ölüm halları 14 faiz artıb, amma Xaçmaz, Astara və Zəngilanda 14 faiz azalıb. 

Eyni zamanda, ölümlərin sayı Kəlbəcər və Şirvan və Qobustanda 7, Ucar və Şamaxıda 6, Yardımlı və Şuşada 5, Ağsuda 4, Salyanda 3, Abşeron, Qusar, Masallı və Qaxda təxminən 1-2 faiz aralığında çoxalıb. 2024-cü ildə ümumilikdə 15 rayon və şəhərdə əhali arasında ölüm hallarının sayı artıb.

Ötən il ölkənin 80-dən artıq inzibati ərazi vahidində cəmi 8-də özündən əvvəlki dövrə nisbətən əhalinin təbii artım göstəricinin dinamikasında artım, yerdə qalan rayon və şəhərlərdə isə azalma qeydə alınıb. 

2023-cü illə müqayisədə təbii artımın ən yüksək dinamikası Kürdəmirdə (16 faiz), Daşkəsən, Şabran, Xocalı və Ağstafada (12-13 faiz) olub. Bəzi bölgələrdə isə təbii artım səviyyəsinin kəskin düşdüyünü görmək olur. 

Məsələn, bu azalma Naftalanda 68, Şuşa və Qubadlıda 40, Lənkəran, Şirvan, Balakən və Xocavənddə 35, Tərtər və Qazaxda 30 faiz təşkil edib.

2024-cü ildə kompleks göstəricilər baxımından demoqrafik vəziyyətin ən pis olduğu bölgələr kimi Şuşa rayonu və Şirvan şəhərini qeyd etmək mümkündür. Belə ki, 2024-cü ildə əvvəlki ilə nisbətən Şuşada doğumlar 22 faiz azlmış, ölüm sayı 5 faiz artmış, təbii artımın dinamikası 40 faiz geriləmişdi. 

Eyni dövrdə Şirvan şəhərində ölüm sayının 7 faiz artım, doğulanlarının sayının 10 faiz azalma göstərdiyi şəraitdə təbii artım səviyyəsində 35 faizə yaxın azalma baş vermişdir. 

Məlumat üçün qeyd etməyə dəyər ki, 2024-cü ölkədə 1 yaşadək körpə ölümünün səviyyəsinə görə də Şuşa ən pis göstəricinin qeydə alındığı iki ərazidən biridir. 

Belə ki, əhalinin hər 1000 nəfərə hesabı ilə körpə ölümü 29 nəfər olub. Bu, orta ölkə göstəricindən təxminən iki dəfə yüksəkdir. Öz növbəsində, həmin səviyyə inkişaf etmiş ölkələrin göstəricisi ilə müqayisədə 13-14 dəfə yüksəkdir.

Ölüm hallarında baş verən artıma görə isə ən pis vəziyyət (il ərzində 14 faiz) Saatlı rayonunda və Naftalan şəhərində baş vermişdir. 

Gəncə şəhərində də təbii artım dinamikasında 49 faizlik geriləmə diqqətdən yayınmır. Lakin bu ərazidə ölümlərn sayında azalma olsa da, təbii artım səviyyəsindəki düşüş doğumların sayında baş verən təxminən 12 faizlik azalma ilə bağlı olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Yağıntıların görünməyən üzü: İşçi istismarı və azalan təhlükəsizlik xərcləri

8 Aprel 2026

Foto: Sosial media

Son günlər intensiv yağan yağışlar paytaxt Bakıda ciddi fəsadlara səbəb olub. Şəhərin mərkəzi küçələri, eləcə də şəhərətrafı yaşayış məntəqələrində yerləşən küçə və həyətlər su altında qalıb. Yaranmış vəziyyət ilk növbədə şəhər infrastrukturunun güclü yağıntılar qarşısında dayanıqsızlığını göstərib. Bununla yanaşı, baş verənlər bir sıra digər sosial problemləri də üzə çıxarıb. Sosial şəbəkələrdə yayılan bəzi videogörüntülərdən məlum olur ki, su basmış küçələrin təmizlənməsinə texniki vasitələr əvəzinə kommunal xidmət işçiləri, əsasən də qadınlar cəlb olunub. Videogörüntülərdə süpürgəçi qadınlar əmək şəraitindən və iş saatlarından narazı olduqları dilə gətirirlər. İşçilərdən birinin sözlərinə görə, işçilər yağışlı hava şəraitinə baxmayaraq, küçələrin artıq sulardan təmizlənməsi işinə cəlb olunublar....
Sosial

Bəraət alan kənd sakini: "DSX əməkdaşları qabırğalarımı sındırdı"

8 Aprel 2026

Foto/kollaj: Toplum TV

2024-cü ildə narkotik ittihamı ilə saxlanılan Beyləqan sakini bu yaxınlarda məhkəmə tərəfindən bəraət alıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, Beyləqan rayonunun İkinci Şahsevən kəndinin sakini, 38 yaşlı İlkin Cəfərov 2024-cü ilin noyabrında kənddəki su kanalına gedərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.  Sərhədçilər kənd sakininin ərazidəki narkotik maddəni götürmək üçün oraya gəldiyini iddia ediblər.  İ.Cəfərov isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadəsində deyib ki, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçisi kimi su kanalına suyun verilməsini nizamlamaq, həm də sonra balıq tutmaq üçün həmin əraziyə gedib.  "Elə tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər məni tutub, əllərimi, gözlərimi bağladılar. Təxminən 50 metr...

Seçilmiş Videolar

Toplum TV loqo