“Cinsi ayrı-seçkiliyə yol açan” fikirlərə görə “Xəzər TV“-yə xəbərdarlıq olundu
Foto: Xəzər TV
Audiovizual Şura “Xəzər TV”-də yayımlanan "Qonaqcanlı" verilişi ilə bağlı telekanala xəbərdarlıq edib.
Şuranın iyulun 18-də keçirilən onlayn iclasında 16 iyul 2025-ci il tarixdə yayımlanan proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Yayımlanan buraxılışda səsləndirilən fikirlərin cinsi (gender) ayrı-seçkiliyə yol açdığı qeyd edilib.
Şuranın məlumatında qeyd olunur ki, qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının "Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin yoxsa qadının?" sualına qonaq "Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir ki, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə..." məzmunda cavab verib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri bu fikirləri “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması – cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alıb.
Audiovizual Şura “Xəzər TV”-yə xəbərdarlıq edib və bütün yayımçılardan bu cür müzakirələr zamanı qanunvericiliyin tələblərinə riayət etmələri tələb olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Sosial media
Foto/kollaj: Toplum TV
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib