Sosial

Heyvanlarla rəhmsiz rəftar edənlər 500-2000 manat arasında cərimələnəcəklər   

18 Oktyabr, 2024
122

modern.az

Bu, Milli Məclisin bu günkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə cərimənin məbləği 500  manatdır. 

Amma yeni qanun layihəsinə görə, rəhmsiz rəftara, onların döyülməsinə və ya döyüşdürülməsinə görə cərimənin məbləği 500-800 manat arasında müəyyənləşdiriləcək.  

APA xəbər verir ki, sadalanan əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə cərimənin məbləği 800 manatdan 1000 manatadək olacaq. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda cərimənin məbləği 1000-1500 manat arasında dəyişəcək. 

Qeyd olunur ki, eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda cərimə 1500-2000 manat arasında dəyişəcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək inzibati həbs tətbiq olunacaq.

Heyvanlarla rəhmsiz rəftarın təbliği və ya kommersiya məqsədləri üçün istifadə edilməsinə görə də cərimələr müəyyənləşdirildiyi bildirilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 274-1-ci maddəyə əsasən, heyvanlarla rəhmsiz rəftarın təbliğinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadəsinə görə 1000-1500 manatadək  cərimə müəyyənləşdirilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək inzibati həbs tətbiq oluna bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Alimentin miqdarı artırılır

22 Noyabr 2024

açıq mənbədən götürülüb

Gələn ildən alimentin minimum məbləği 246 manat olacaq. Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Bu il üçün alimentin minimum məbləği 235 manatdır.    
Sosial

Gələn ilin pensiya və əməkhaqqı minimumu müəyyənləşib

18 Noyabr 2024

axar.az

“Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyinə əsasən gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq. 2024-cü ildə bu rəqəm 345 manat olub (Meydan TV). Gələn il üçün minimum pensiya məbləğinin isə 270 manat deyil, 280 manat nəzərdə tutulduğu bildirilir. 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Həmçinin ehtiyac meyarı və yaşayış minimumunun həddi 270 manat deyil, 285 manat götürüləcək.  2025-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 285 manat təşkil edəcək.    

Seçilmiş Videolar

Toplum TV loqo