Dünya

Tramp "UNO faylları"nın açıqlanması üçün əmr verəcəyini deyir

20 Fevral, 2026
136

Foto: The New York Times

ABŞ prezidenti Donald Tramp məxfi saxlanılan "UNO faylları"nın ictimaiyyətə açıqlanması üçün Pentaqona əmr verəcəyini deyib. 

Bu, ötən həftə keçmiş ABŞ prezidenti Barak Obamanın qonaq olduğu podkastda yadplanetlilərin real olduğunu təsdiqləməsindən sonraya təsadüf edir. 

Obamanın açıqlaması ABŞ ictimaiyyətində və beynəlxalq mətbuatda müzakirələrə səbəb olmuşdu. Buna cavab olaraq o, sosial media hesabında aydınlıq gətirərək bunun sadəcə özünün şəxsi fikri olduğunu demiş, sübutların varlığını isə təkzib etmişdi. 

"Göstərilən böyük marağı nəzərə alaraq, mən Müharibə katibinə [Tramp Müdafiə Departamentinin adını dəyişərək Müharibə Departamenti edib - red.] və digər müvafiq departament və agentliklərə yadplanetlilər və Yerdə olmayan həyat, naməlum hava hadisələri, naməlum uçan obyektlər (UNO) və olduqca mürəkkəb, lakin son dərəcə maraqlı və vacib məsələlərlə bağlı olan bütün digər məlumatlara dair hökumət sənədlərinin müəyyən edilməsi və açıqlanması prosesinə başlamağı tapşıracağam", - Tramp "Truth Social" platformasında yazıb. 

Fevralın 19-da jurnalistlərdən biri Trampdan Obamanın açıqlamasına münasibət bildirməsini istəyib. O isə cavabında deyib ki, Obama bunu deməklə məxfi məlumatı sızdırmış olub. 

ABŞ-nin Müdafiə Departamenti 2020-ci ildə ordu pilotları tərəfindən müxtəlif illərdə qeydə alındığı deyilən 3 UNO görüntüsünü ictimailəşdirmişdi. Lakin bu mövzuda məlumatların əksəriyyəti hələ də məxfi saxlanılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Gürcüstanda beş müxalifət partiyasının qadağan edilməsi üzrə məhkəmə başlayıb

23 Oktyabr 2026

Toplum TV

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkənin beş əsas müxalifət partiyasının qadağan olunması tələbi ilə verilən iddiaya baxmağa başlayıb. “OC Media”nın oktyabrın 22-də yaydığı məlumata görə, məhkəmə hakim “Gürcü Arzusu” partiyasının iddiasını təmin etsə, bu, müstəqil Gürcüstan tarixində görünməmiş siyasi vəziyyət yarada bilər. İddia Vahid Milli Hərəkat, “Dəyişiklik naminə koalisiya”, “Lelo”, “Gürcüstan naminə” və “Federalistlər” partiyalarını əhatə edir. Bu partiyalardan dördü 2024-cü il parlament seçkilərində baryeri keçib. “Federalistlər” isə seçkilərdə iştirak etməyib. “Gürcü Arzusu” bu siyasi qüvvələrin Vahid Milli Hərəkatla əlaqəli olduğunu və ölkədə sabitliyi pozmağa çalışdığını iddia edir. Hakim partiya öz mövqeyini parlament istintaq komissiyasının hesabatına əsaslandırır. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri...
Dünya

ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib

23 Oktyabr 2026

sosial media

ABŞ federal məhkəməsi prezident Donald Trampın Britaniyanın BBC yayım şirkətinə qarşı qaldırdığı 10 milyard dollarlıq böhtan iddiası üzrə dekabrın 11-dək ifadə verməsi barədə qərar çıxarıb. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Magistrat hakim Enjolike Lett qərarı BBC-nin vəkillərinin Trampı məhkəmə prosesində ifadə verməyi gecikdirməkdə ittiham etməsindən sonra qəbul edib. BBC-nin vəkili Çarlz Tobin bildirib ki, sübutların toplanması üçün ayrılan müddətin başa çatmasına iki ay qalsa da, yayım şirkəti hələ Trampın ifadəsini ala bilməyib. Tərəflər Trampın oktyabrın 16-da ifadə verməsi barədə razılaşsalar da, prezident həmin tarixi “milli əhəmiyyətli məsələlər”lə əlaqədar ləğv edib. Tobinin sözlərinə görə, Tramp həmin gün Corciya...

Seçilmiş Videolar

Toplum TV loqo