Məhkəmə

Tofiq Yaqublunun həbs müddəti uzadılıb 

6 aprel, 2024
3561

Aprelin 6-da Nərimanov rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublunun həbsdə saxlama müddətinin uzadılmasına dair prokurorun təqdimatına baxılıb və təmin edilib. Həbs müddəti daha iki ay müddətinə uzadılıb. 

Tofiq Yaqublu ötən ilin dekabrında həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir. Həmin vaxt məhkəmə Tofiq Yaqublu barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçmişdi. Həbs müddəti başa çatdığına görə prokuror müddətin daha iki ay müddətinə uzadılması üçün məhkəməyə təqdimat göndərib və qeyd olunduğu ki, müddət daha iki ay müddətinə uzadılıb. 
                                
Siyasətçi həbs olunarkən qızı Nigar Həzinin sosial şəbəkədə yazdığına görə, evlərindən xarici və milli valyutada pul tapılıb. Nigar Həzi bu pulun onlara aid olmadığını və evlərinə yerləşdirildiyini vurğulayıb. O həmçinin qeyd edib ki, evdən anasına aid olan mobil telefonlar və kompüter də götürülüb. 

Bir neçə gün əvvəlsə Nərimanov rayon Məhkəməsi aprelin 2-də müxalif siyasətçinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti rədd etmişdi. 

Tofiq Yaqublunun vəkillərinin bildirməsinə görə, o, öz həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. 

Tofiq Yaqublu əvvəllər də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Tofiq Yaqublunun hazırda ittiham edildiyi maddələrdə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo