"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur.
Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir.
Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.
Baş redaktor:
Xədicə İsmayıl
Hüquqi təsisçi:
Ələsgər Məmmədli
6 Mart 2024-cü il tarixində Toplum TV-nin ofisinə edilmiş polis basqını nəticəsində Toplum TV-nin ofisdə olan bütün əməkdaşları saxlanılıb və polis bölməsində dindirilib. Onlardan redaktor Müşfiq Cabbarlı haqqında həbs qətimkan tədbiri, Elmir Abbasov və Fərid İsmayılov isə polis nəzarətində olmaqla sərbəst buraxılıblar. Həmin gün Toplum TV-nin ofisi polis tərəfindən bağlanıb və möhürlənib. 8 Mart tarixində isə Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli polis tərəfindən ictimai məkanda saxlanılıb və onun haqqında da həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslər haqqında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb. İttiham edilən şəxslər ittihamı qəbul etmir və həbslərinin jurnalistika fəaliyyətləri ilə əlaqəli olduqlarını bildirirlər. Beynəlxalq insan haqları təşkilatları Toplum TV-yə qarşı açılmış cinayət işini Azərbaycan hökumətinin azad mediaya təzyiqi olaraq qiymətləndirir.
Bəylər Eyyubovun qardaşı oğlu həbs olunub
"Toplum TV işi": Hakim Azər Tağıyevin prosesdən uzaqlaşdırılması istənib
ABŞ-də 37 yaşlı qadın miqrasiya polisi tərəfindən güllələnərək öldürülüb
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
Azərbaycan quru sərhədlərini niyə açmır?