Məhkəmə

Formula yarışında yeyinti: məhkəmə başladı.

3 Aprel, 2024
2811

Aprelin 3-də 2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin məhkəməsi başlayıb. Bu iş üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Məhkəmə iclasına hakim Leyla Əsgərova-Məmmədova sədrlik edir. 

Çingiz Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, mənimsədiyi pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir.  

Bu iş üzrə ibtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb. İttiham aktında qeyd olunanlara görə, Çingiz Mehdiyev 2006-cı ildə Amerikaya köçüb, oranın vətəndaşlığını qəbul edib. Pasport məlumatlarında ad-soyadını dəyişib, Gino Metie olub. Elə Amerikada Nərminə Ələkbərovayla ailə qurub, bir övladları olub. 5 il əvvəl faktiki ayrılıblar, 2023-cü ildə məhkəməyə boşanmaq üçün ərizə veriblər. 

Azərbaycana qayıtdıqdan sonra Gino Metie əvvəlki ad-soyadına da qayıdıb. 

İttiham aktında qeyd olunur ki, Çingiz Mehtiyevi ifşa edən elə keçmiş həyat yoldaşı olub. O, istintaqa verdiyi ifadəsində bildirib ki, Çingiz Mehdiyev “Formula 1” yarışları zamanı mənimsədiyi pullarla qardaşına Amerikada mülk alıb, anasının adına Seyşel adalarında şirkət açıb, həmin şirkətə pullar köçürüb.
 
İstintaq belə qənaətə gəlib ki, Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib. 
Başqa epizoda görə, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaq orqanı Çingiz Mehdiyevin ümumilikdə 397 min 852  manat dövlət vəsaitini mənimsədiyini iddia edir. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırmaqda təqsirləndirilir. İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödədiyi də qeyd olunur. 

İstintaq vaxtı Çingiz Mehdiyevin Bakıdakı əmlakları (üzərinə həbs qoyulub. Həmin əmlakların ümumi dəyərinin 1 milyon manat civarında olduğu bildirilir. 

Çingiz Mehdiyevi Bakı Şəhər Halqası Əməliyyat şirkətinə həmin vaxtlar şirkətin icraçı direktoru olmuş Arif Rəhimov götürüb. (Keçmiş idman naziri Azad Rəhimovun oğlu). İstintaq onu da dindirib. Arif Rəhimov Çingiz Mehdiyevin əməllərindən xəbərsiz olduğunu bildirib. 

Çingiz Mehdiyevə qarşı istintaq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri üzrə aparılıb. 


Çingiz Mehdiyev ev dustaqlığındadır. Hazırlıq iclasında hakim onunla bağlı anket məlumatları dəqiqləşdirib. Məhkəmə baxışı aprelin 15-nə təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo