Dünya

"Taliban"dan qaçaraq Tacikistana sığınan əfqan hərbçilərin sayı artır

5 İyul, 2021
1238

Dunya News

"Taliban"dan qaçaraq Tacikistana sığınan əfqan hərbçilərin sayı 500-ü keçib. 

Bu barədə Əfqanıstanın Baş Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Bildirilib ki, iyulun 4-ü axşam radələrində "Taliban" hərəkatının hərbi qruplaşmaları Bədaxşan əyalətinin Xoxon uezdini döyüşsüz ələ keçiriblər. Bundan sonra Əfqanıstan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həyatlarını qorumaq üçün sərhədi keçərək Tacikistana sığınıblar. 

Bundan əvvəl də "Taliban"dan qaçan çox sayda əfqan hərbçisi Tacikistana sığınmışdı. Əfqanıstan və Tacikistan sərhədinin uzunluğu 1400 kilometr təşkil edir. Tacikistan sərhəddə hərbçilərin yüksək döyüş hazırlığına gətirildiyini açıqlayıb. 

BMT Əfqanıstan hökumətini və "Taliban"ı 2020-ci ilin sentyabrında ABŞ-ın vasitəçiliyi ilə başladılmış danışıqlar prosesinə qayıtmağa çağırıb. Amma ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarmaq barədə qərar qəbul etdikdən sonra taliblər hərbi fəaliyyətlərini gücləndiriblər. 

Məlumata görə, son günlərdə "Taliban" silahlıları Əfqanıstanın 13 bölgəsinə nəzarəti ələ keçiriblər, hazırda onlar ölkənin 370 rayonunun 110-na nəzarət edirlər.

Əfqanıstan Müdafiə Nazirliyi isə açıqlamasında bildirib ki, son bir gündə 9 əyalətdə gedən döyüşlərdə 224 “Taliban” döyüşçüsü öldürülüb. Hökumət həmçinin zəbt olunmuş ərazilərin geri qaytarılacağını vəd verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Trampın kürəkəninin Azərbaycan vasitəsilə yüz milyonlarla dollar aldığı iddia olunur

23 Oktyabr 2026

açıq mənbə

ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentlik dövründə baş müşaviri olmuş Cared Kuşnerin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bank hesabına çıxışı olduğu, həmin hesaba isə Azərbaycandakı bir bankdan yüz milyonlarla dollar köçürüldüyü iddia olunur. Bu iddia araşdırmaçı jurnalist Metyu Koulun hələ satışa çıxmamış “Şahzadələr və oğrular” adlı kitabında yer alıb. Kitabdan Kuşnerlə bağlı hissəni “Vanity Fair” jurnalı oktyabrın 22-də dərc edib. Koulun yazdığına görə, Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti Kuşnerin telefonunu izləyərkən onun Dubayda yerləşən bank hesabına daxil olduğunu müəyyən edib. Müəllifin diqqətini çəkən əsas məqam isə hesabdakı yüz milyonlarla dolların Azərbaycandakı bankdan köçürülməsi olub. Müəllif iddia edir...
Dünya

Saxarov Mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

23 Oktyabr 2026

sosial media

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və onun rəsmiləri Avropa Parlamentinin 2026-cı il üzrə Saxarov Fikir Azadlığı Mükafatına layiq görülüb. Avropa Parlamentinin prezidenti Roberta Metsola qərarı oktyabrın 22-də Strasburqda keçirilən plenar iclasda açıqlayıb. “Avropa İttifaqı çoxtərəfliliyə və beynəlxalq institutlara hörmət üzərində qurulub. Bu mükafat məhkəmənin beynəlxalq hüququn və ədalətin qorunmasında gördüyü mühüm işi tanıyır”, - Metsola deyib. Haaqada yerləşən BCM soyqırım, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və təcavüz cinayətləri ilə ittiham olunan şəxslər barədə araşdırma aparır, zərurət olduqda onları mühakimə edir. Avropa Parlamenti mükafatın Məhkəmənin araşdırmalar, ittihamlar, məhkəmə prosesləri, eləcə də həbs orderlərinin verilməsi və ya təsdiqlənməsi daxil olmaqla fəaliyyətinə diqqət çəkdiyini...

Seçilmiş Videolar

Toplum TV loqo