Siyasət

Xocalı qətliamından 34 il ötür 

26 Fevral, 2026
155

Foto: açıq mənbə

Fevralın 26-da 34 il əvvəl Azərbaycanın Xocalı rayonunda törədilmiş kütləvi qətliamın qurbanları yad edilib. 

Bu münasibətlə hökumət üzvləri, eləcə də müxalifət partiyalarının nümayəndələri paytaxtda yerləşən "Ana Harayı" abidəsini ziyarət edib. 

Azərbaycan prezidenti İlham Əliyev isə birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xocalı şəhərində hadisə qurbanlarının xatirəsinə ucaldılan memorialın açılışında iştirak ediblər.

1992-ci ildə Birinci Qarabağ Müharibəsinin davam etdiyi dövrdə Xocalı sakinləri erməni və rus hərbçiləri tərəfindən evlərini tərk etməyə məcbur olublar. Fevralın 25-dən 26-na keçən gecə isə sakinlər silahlı hücuma məruz qalıb. Aralarında qadın və uşaq da olmaqla 613 mülki şəxsin öldüyü bildirilir. 

Bundan başqa, Xocalı sakinlərindən 490-na yaxınının yaralandığı, 1270-dən çoxunun əsir alındığı da deyilir. 

2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu hərbi əməliyyat nəticəsində Xocalı, o cümlədən Xankəndi və ətraf ərazilər üzərində nəzarəti bərpa edib. 

Azərbaycan hakimiyyəti Xocalı hadisələrini "soyqırımı" adlandırır. Ermənistan rəhbərliyi və hazırda Bakıda həbsdə olan, Qarabağdakı keçmiş separatçı qurumun liderləri isə uzun müddət bu iddianı rədd ediblər. 

Fevralın 5-də baş tutmuş məhkəmə prosesində aralarında həmin liderlərin də olduğu erməni məhbuslara 15 ildən başlayaraq ömürlük məhrumetməyə qədər müxtəlif cəzalar verib. 

Onlardan Arkadi Qukasyan, Bako Saakyan, Madat Babayan, Davit İşxanyan, Arayik Harutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalıda soyqırımı törətmək də var. 

Daha öncə məhkum edilmiş dörd erməni məhbus isə yanvarın 14-də Ermənistana təhvil verilib. Bu barədə Azərbaycan rəsmiləri açıqlama verməyib, deputatlar isə bunu sülh prosesi və humanizm prinsipi ilə izah ediblər. 

Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində fevralın 5-də hökm oxunmuş erməni məhbusların "bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini" deyib və onların azad ediləcəyini istisna edib.

Lakin sosial şəbəkələrdə əksər azərbaycanlı istifadəçilər 4 erməninin təhvil verilməsinə istinad edərək hazırda "soyqırımı" ittihamı ilə cəza çəkənlərin də nə vaxtsa azad olunacağını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar

6 Oktyabr 2026

Toplum TV

Oktyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasın əvvəlində təqsirləndirilən şəxslərlə hakim arasında mübahisə yaranıb. Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Z. Əhmədovun danışıq tərzinə və məhkəmə zalındakı mikrofonların işləməməsinə etiraz edib. “Siz burada özünüzü hakim kimi aparmırsınız, küçə uşağı kimi aparırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, hamının sözünü kəsir, təhqir edirsiniz”, - Ramil Babayev deyib. Buna cavab olaraq hakim R. Babayevin məhkəmə zalından çıxarılmasına göstəriş verib. IDI əməkdaşları Əli Zeynal və İlkin Əmrahov da etiraz olaraq zalı tərk ediblər. Daha sonra müdafiə tərəfi hakimin davranışı, təqsirləndirilən...
Siyasət

İlham Əliyev YAP-a müddət məhdudiyyəti olmadan rəhbərlik edəcək

5 Oktyabr 2026

president.az

Hakim Yeni Azərbaycan Partiyası (YAP) nizamnaməsində partiya sədrinin beş illik səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Dəyişiklikdən sonra prezident İlham Əliyevin YAP sədri kimi fəaliyyəti konkret müddətlə məhdudlaşdırılmayacaq. APA-nın məlumatına görə, bunu YAP-ın Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov oktyabrın 2-də keçirilən partiyanın VIII qurultayında nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Əvvəlki nizamnaməyə əsasən, YAP sədri beş il müddətinə seçilir və bu müddət başa çatdıqdan sonra qurultayda yenidən seçilməli idi. Nizami Səfərov bildirib ki, sədrin beşillik səlahiyyət müddətini nəzərdə tutan müddəa nizamnamədən çıxarılıb. “Prezident İlham Əliyevin müddətsiz mütəşəkkil qüvvə olan YAP-a rəhbərlik etməsi bizi yeni uğurlara və qələbələrə...

Seçilmiş Videolar

Toplum TV loqo