Ölkə

"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub

13 noyabr, 2026
54

Foto: şəxsi arxiv

"Meydan TV"nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) əməliyyat olunub.

Jurnalistin vəkili Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı noyabrın 12-də Mərkəzi Gömrük Hospitalında baş tutub.

Aynur Elgünəş bir müddət əvvəl böyrəyində yaranan ciddi problemlərə görə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmüşdü.

Jurnalistin səhhətindəki problemlərlə bağlı oktyabrın 26-da Elçin Sadıqov da açıqlama yaymışdı. O, Aynur Elgünəşin vəziyyətinin getdikcə ağırlaşdığını, təcili əməliyyata ehtiyac olduğunu bildirmişdi. Vəkilin sözlərinə görə, xəstəxana əvvəlcə kompüter tomoqrafiyası (KT) müayinəsinin aparılmasını, əməliyyat qərarının isə nəticələrə əsasən verilməsini istəyirdi. Sadıqov jurnalistin dəfələrlə əməliyyat olunduğunu, KT müayinəsi olmadan cərrahi müdaxilənin riskli hesab edildiyini, arterial təzyiqinin tez-tez dəyişdiyini və bədənində qançırlar yarandığını qeyd etmişdi.

Həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsi vəkilin Aynur Elgünəş barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətini təmin etməmişdi.

Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Onunla birlikdə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov da həbs olunublar.

2025-ci ilin fevralında “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre), martda Ülviyyə Əli (Quliyeva), avqustda isə fotoqraf Əhməd Muxtar da bu iş üzrə həbs ediliblər.

İş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə ittihamlar irəli sürülüb.

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbs edilmələrini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

70 kq qızıl qaçaqmalçılığında təqsirli bilinən polkovnikin cəzası azaldılıb

11 noyabr 2026

sosial media

İstanbul hava limanında 70 kiloqram qızıl külçəni götürdükdən sonra saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Bununla belə, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun cəzası 6 ildən 5 il 6 aya endirilib. Aprelin 27-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub. Yarım il davam edən məhkəmə prosesinin yekununda Q.Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və qaçaqmalçılıqda təqsirli bilinib. Lakin o, ittihamla razılaşmayıb və ona qarşı irəli sürülmüş qızıl qaçaqmalçılığı ittihamının əsassız olduğunu bildirib. Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. Cinayət...
Ölkə

Naxçıvanda hərbi xidmətə yeni başlayan əsgərin öldüyü deyilir

11 noyabr 2026

şəxsi arxivi

Naxçıvanda hərbi xidmət keçən Elnar Tağıyevin naməlum şəraitdə həyatını itirdiyi deyilir. “Meydan TV”nin məlumatına görə, hərbçinin yaxınları Elnar Tağıyevin oktyabrın son həftəsində hərbi xidmətə yollandığını bildiriblər. Noyabrın 8-də keçirilən andiçmə mərasimindən sonra əsgərlərin bir neçə saatlıq evə buraxıldığı, lakin ailənin həmin gün günortadan sonra Elnar Tağıyevlə əlaqə saxlaya bilmədiyi qeyd olunub. Əsgərin yaxınının sözlərinə görə, axşam saatlarında polis ailəyə zəng edərək onun Naxçıvan şəhərindəki Sahil Parkında intihar etdiyi barədə məlumat verib. Ailə daha sonra xəstəxanaya gedərək meyiti təhvil alıb. Yaxınlarına hadisə ilə bağlı istintaq aparıldığı bildirilib. Onlar araşdırmanın nəticəsini gözlədiklərini, ölümə görə məsuliyyət daşıyan şəxslər olarsa, cəzalandırılmalarını istədiklərini deyiblər. Elnar...

Seçilmiş Videolar

Toplum TV loqo