Reuters
Minlərlə fələstinli Qəzza zolağında ərazini idarə edən “HƏMAS” qruplaşmasına etiraz etmək üçün küçələrə çıxıb.
Martın 25-də Qəzzanın şimalında başlayan etirazlar artıq 3 gündür ki, davam edir.
Etirazların bu gün zolağın digər ərazilərinə də yayılacağı, ən böyük izdihamın müşahidə olunacağı deyilir.
Etirazçılar Qəzza zolağında bir ildən çoxdur gedən müharibəyə, habelə “HƏMAS”ın idarəçiliyinə etiraz edirlər. Xeyli iştirakçı “HƏMAS” rəhbərliyinə yönəlik “Get!” şüarı səsləndiriblər.
Etirazçılardan biri “Associated Press”ə telefon müsahibəsində bildirib ki, onlar İsrailin işğalına və hücumlarına etiraz etməklə təsir edə bilmirlər, ona görə “HƏMAS”ı hədəf alıblar.
“HƏMAS” Qəzza zolağını 2005-ci ildən idarə edir və əvvəlki etirazları zorakılıqla yatırıb. Bu dəfəki etirazlara açıq müdaxilə müşahidə olunmur. Ekspertlər bunu 2023-cü ildə müharibə başlayandan bəri “HƏMAS” silahlılarının gizlənmələri ilə əlaqələndirir.
“HƏMAS” rəsmisi Bassem Naim “Facebook” səhifəsində Qəzza sakinlərinin etiraz etmək hüquqları olduğunu, lakin etirazı “aqressor olan İsrailə qarşı” yönəltməli olduqlarını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
AP
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
Əli Kərimlinin mühafizəçisi 4 ay müddətinə həbs olunub
Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır
Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır