Siyasət

Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır

17 mart, 2025
1365

Səməd Rəhimli/şəxsi arxiv

Azərbaycan Baş Prokurorluğu mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb. 

Aralarında bəzi bloqqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onların biri son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edən ”Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir.

Prokurorluq İ.Hacıyevin Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunduğunu, onun barəsində axtarış elan edildiyini və artıq həbs-qətimkan tədbirinin seçildiyini vurğulayır.

Həmçinin, bloqqerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və Qabil Məmmədov da Baş Prokurorluğa çağırılıb.

Baş Prokurorluğa çağırılan mühacirlərdən biri də hüquqşünas, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədovdur. 

Q.Məmmədov da terrorçuluq və daha bir neçə başqa maddələrlə ittiham edilir. 

Baş Prokurorluğa çağırılan və mühacirətdə olan kanal rəhbərlərindən biri isə Tural Sadıqlıdır. 

O kütləvi iğtişaşlara çağırış və başqa qanunsuz əməllərdə ittiham olunur. T.Sadıqlı axtarışa verilib və onun haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib.

Hüquqşünas Səməd Rəhimli deyir ki, hüquqi porsedura görə, növbəti mərhələdə onlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərər.

“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil”, - hüquqşünas deyir.

Səməd Rəhimlinin fikrincə, hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.

“Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin  zamanla öz hədəfini genişləndirə bilər”, - Səməd Rəhimli bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir

13 noyabr 2026

Foto: şəxsi arxiv

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir. Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib. Yaxınları digər məhbusların ailə üzvlərindən aldıqları məlumata əsasən, Elman Şeydayevin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirirlər. Ancaq onun hazırda harada və hansı şəraitdə saxlanıldığı, eləcə də səhhətinin necə olduğu barədə ailəsinə rəsmi məlumat verilməyib. Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi...
Siyasət

Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb

13 noyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdikləri şikayətləri geri götürüblər. Məhkəmə noyabrın 12-də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılması barədə qərar yayıb. “Azadlıq Radiosu”nun məlumatına görə, şikayət Hüseyn Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi, burada 6 il həbs cəzası alması və anası ilə birlikdə mühakimə olunması ilə bağlı idi. İş üzrə AİHM-də 2024-cü ildə kommunikasiya mərhələsi başlanmış, Azərbaycan hökumətinə suallar göndərilmişdi. Ərizədə qeyd olunurdu ki, Hüseyn Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada Azərbaycan hakimiyyətini tənqid edən “Susma” mahnısını yazaraq klip çəkdirib. Bundan sonra onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi...

Seçilmiş Videolar

Toplum TV loqo