İqtisadiyyat

Regional inkişaf proqramlarının uğursuz nəticəsi: regionlarda rəsmi iş yerləri azalıb

15 Yanvar, 2025
126

açıq mənbədən götürülüb

Ən mühümü isə odur ki, regionlar insanlar üçün sosial zəmanətlər (pensiya, işsizlik, tibbi sığorta, xəstəliyə və analığa görə ödənişli məzuniyyətlər) verən iş yerləri yaratmaq imkanını hər keçən il bir az da itirib. Bu fakt həm də hökumətin son 20 ildə həyata keçirdiyi 4 regional inkişaf proqramının iflası deməkdir.          

İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, qeyri-neft sektorunda çalışan muzdlu işçilərin maaşının gəlir vergisindən azad edildiyi son 5 ildə özəl biznes subyektləri üzrə əmək müqavilələrinin sayı 450 min vahid artaraq 990 minə çatıb.

Məlum olduğu ki, qeyd olunan sektorda çalışan müqaviləli işçilərin vergidən 7 il müddətinə azad edilməsi haqda qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minib və 2026-cı ildə başa çatır.

Nazirliyin hesabatına görə, bütövlükdə əmək müqavilələrinin sayı 482,1 min artaraq 1,884 milyona yüksəlib və bu, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən təbirlərin nəticəsidir.

 

“Yarımcan” faktlar   

Hökumət özəl sektorda əmək müqavilələrinin sayının 2 dəfə artması barədə məlumatı açıqlayır, amma onun qədər əhəmiyyətli olan, real mənzərəni görməyə imkan verən başqa mühüm göstəricələri təqdim etməyə maraq göstərmir. Məsələn, bu müqavilələrdə Bakının və bölgələrin payı nə qədərdir? Güman ki, qapalı rəsmi mənbələrə çıxışı olmayan heç bir müstəqil media qurumu bu qəbildən olan informasiyaları əldə edə bilməz. Amma açıq mənbələrdə olan oxşar göstəricilər bu məsələyə xeyli dərəcədə aydınlıq gətirməyə yardımçı ola bilir. Söhbət yuxarıda qeyd olunan vergi güzəştinin qüvvədə olduğu son 5 ildə muzdlu işçilərin sayının dəyişmə dinamikasından gedir.

Rəsmi statistikaya görə, 2019-cu ilin 1 yanvar tarixindən 2024-cü ilin 1 oktyabr tarixinə qədər olan dövrdə rəsmi əmək müqaviləsi əsasında işləyən işçilərin sayı 219 min vahid artaraq 1,768 min nəfərə çatıb. Yuxarıda təqdim olunan rəqəmlərdən göründüyü kimi, əmək müqavilələrinin sayı ilə muzdlu işçilərin sayı arasında fərq var və bu fərq hazırda 114 minə yaxındır. Bunun əsas səbəbi bəzən eyni işçinin fərqli iş yerlərində çalışaraq birdən çox əmək müqaviləsi bağlamasıdır. Məsələn, çalışanların təxminən 100 min nəfəri 2 müxtəlif iş yerndə əmək müqaviləsi bağlamış olsa, qeyd edilən sayda fərq yaranmış olur. Amma bu təhlildə əsas göstərici muzdlu işçilərin sayıdır və buna diqqət yetirmək kifayətdir.

Deməli, 2019-2024-cü illərdə muzdlu işçilərin sayının 219 min nəfərlik artımının hamısı Bakının hesabına baş verib. Həmin dövrdə Bakı şəhəri üzrə əmək müqaviləsi əsasında çalışanların sayı 254 min nəfər artaraq 973 min nəfərə çatdığı halda, yerdə qalan regionlar üzrə bu qəbildən işçilərin sayı 34 min nəfər azalma ilə 795 min nəfərə enib. 

2019-2024-cü illərdə Bakı şəhərində rəsmi müqavilə ilə dövlət sektorunda işləyənlərin sayı 42 min nəfər, özəl sektorda çalışanların sayı 212 min nəfər artıb. Amma həmin dövrdə ölkənin yerdə qalan ərazilərində müqavilə ilə dövlət sektorunda işləyənlərin sayı 46 min nəfər azalıb, özəl sektorda çalışanların sayı isə cəmi  12 min nəfər artıb.  Ümumilikdə 2024-cü ilin oktyabr ayının əvvəlinə bütün muzdlu işçilərin 55%-i, özəl sektorda çalışanların isə 64%-i Bakının payına düşüb. Hazırkı dövrdə ölkə üzrə özəl sektorda çalışan muzdlu işçilərin ümumi sayı 888 min nəfərdir və onların 569 min nəfəri paytaxtdakı müəssisə və təşkilatlarda çalışır. Dövlət sektorundakı müqaviləli işçilərin ümumi sayı isə 880 min nəfər, onlardan Bakı şəhərində çalışanların sayı 404 min nəfərdir.

Bəs 5 ildə muzlu işçilər sayının 219 min nəfərlik artımı iqtisadiyyatın hansı sahələri hesabına baş verib? Ən böyük artım “inzibati və yardımçı xidmətlər” adlanan kateqoriya üzrə qeydə alınıb – 54 min nəfər. Nəticədə həmin kateqoriya üzrə çalışanların ümumi sayı 28 min nəfərdən 82 min nəfərə çatıb. Amma bu işlərin iqtisadiyyatın konkret hansı sahəsinə aid olduğu qeyri-müəyyəndir. Əslində, bu fakt hökumətin əmək bazarı ilə bağlı şəffaf hesabatlılığının olmadığını göstərən mühüm məqamdır.

İkinci böyük artım ticarət sektoru üzrə qeyd alınıb –muzdlu işçilərin sayı 45 min nəfər artaraq 333 min nəfərə yüksəlib.

Bunlardan əlavə, rəsmi müqavilə ilə çalışanların sayı turizmdə 32 min nəfər, emal sənayesində 22 min nəfər, tikintidə isə 16 min nəfər artıb.

Sadalanan faktlar göstərir ki, ölkənin dayanıqlı iqtisadi inkişafında və qeyri-neft ixrac potensialının gücləndirilməsində əsas rol oynamalı olan emal sənayesi məşğulluğun genişləndirilməsində kifayət qədər zəif rol oynamaqda davam edir.

Ən mühümü isə odur ki, regionlar insanlar üçün sosial zəmanətlər (pensiya, işsizlik, tibbi sığorta, xəstəliyə və analığa görə ödənişli məzuniyyətlər) verən iş yerləri yaratmaq imkanını hər keçən il bir az da itirib. Bu fakt həm də hökumətin son 20 ildə həyata keçirdiyi 4 regional inkişaf proqramının iflası deməkdir.          

 "Toplum TV"

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

“Ayıbdır, ay hökumət, plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik” - Natiq Cəfərli

16 Yanvar 2025

Natiq Cəfərli/şəxsi arxiv

“Ayıbdır, ay hökumət, yer haqqı, göy haqqı ayıbdır – plastik qab neftin emalından alınır, bunu da Mərakeşdən idxal edirik”. REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın Mərakeşdən plastik qab almasına Facebook səhifəsində bu cür münasibət bildirib. Xəbər agentliklərindən biri dünən Azərbaycanın Mərakeşdən plastik qabların alışını bərpa etdiyi haqda məlumat yayıb. “Ay hökumət, bu ki, telefon, televizor, avtomobil, kosmik avadanlıq, kompüter deyil ki, bacarığınız çatıb istehsalını təşkil edə bilməyəsiniz. Adi plastik qablardır, normal iş adamlarına imkan versəniz, onlara mane olmasanız Azərbaycanda istehsalını çoxdan təşkil edib öz xammalımızla daxili təlabatı ödəyə, hətta ixrac da edə bilərdik", - N. Cəfərli yazıb.  REAL sədri...
İqtisadiyyat

DSK minik avtomobillərinin qiymətinin artmadığını, Gömrük Komitəsi idxalın 13%  bahalandığını deyir

13 Yanvar 2025

açıq mənbədən götürülüb

Dövlət Statistika Komitəsinin qiymət müşahidəsilə bağlı hesabatına görə (noyabr 2024), son bir ildə minik avtomobillərinin qiyməti cəmi 0,6% artıb - 2023-cü ilin noyabrında bir minik avtomobilinin orta dəyəri 39,77 min manat olmuşdusa, tam bir il sonra həmin məbləğ 40,02 min manat təşkil edib. Amma diqqət çəkən vacib bir məqam var - ölkəyə xaricdən gətirilən minik avtomobillərinin idxal dəyəri 13,3% artıb. Qeyd oluna bilər ki, bəlkə, doğrudan da, insanların bir-birinə satdığı köhnə, ikinci əl maşınlara tələbat getdikcə azaldığı üçün onların qiyməti da ucuzlaşır və bu amil orta qiymət artımına təsir edir.  Amma məsələ burasındadır ki, inflyasiya ölçümündə yalnız rəsmi satış və...

Seçilmiş Videolar

Toplum TV loqo