Məhkəmə

Ələsgər Məmmədli həbsdə qaldı  

29 Mart, 2024
4491

Martın 29-da Xətai rayon Məhkəməsində Toplum TV-nin təsisçisi, həbsdə olan Ələsgər Məmmədlinin vəsatətinə baxılıb və təmin olunmayıb.  

20 gündən çoxdur qaçalmalçılıq ittihamıyla barəsində həbs-qətimkan tədbiri seçilmiş Ələsgər Məmmədli səhhətiylə bağlı qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. Vəkil Aqil Layıcın deməsinə görə, bütün müvafiq sənədlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, hakim Ələsgər Məmmədli barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığıyla əvəz etməyib. 

Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli öz Facebook hesabında bu barədə yazıb: “Ələsgər bəy məhkəmə çıxışında bildirib ki, onu heç bir sübut, dəlil, əsas olmadan həbs ediblər. Ona aydın deyil ki, təqsirsiz olmağına baxmayaraq nəyə görə hələ də həbsdədir. Təqsirsiz olmağı ilə yanaşı səhətindəki problemin ciddiliyini də hakimin diqqətinə çatdırıb. Ələsgər bəy qalxanabənzər vəzidə aşkar olunan şişin böyüdüyünü və boğulma yaratdığını bildirib. Təcridxanada iynə biopsiyasının edilməsinə şərait yoxdur. Əlavə diaqnoz və müalicə üçün özəl klinikalara müraciət olunmalıdır. Hətta məhkəmə iclasında qan təzyiqinin kəskin yüksəlməsinə görə yerindəcə təzyiqi ölçülüb və əlavə dərman verilib. Ələsgər bəyin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət onun müalicəsinə başlanması üçün vacib idi. Humanitar məsələ olmasına baxmayaraq təəssüf ki ona bu elementar imkan yaradılmadı. Həbsdə saxlanmasına qərar verildi. Məhkəmə orqanında ədalət prinsipi, hakimlərdə isə mərhəmət hissi qalmayıb. Ələsgər bəy kimi dəyərli bir ziyalını heç bir təqsiri olmadan həbsdə saxlamaq onun həyatına sui-qəsdə bərabərdir”. 
Vəkil Aqil Layıcsa bildirib ki, məhkəmədən sonra Ələsgər Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi, müayinə və müalicəsinin aparılması üçün Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə elektron müraciət edib. 

Ələsgər Məmmədli ilə eyni gündə Toplum TV-nin sosial media məsləhətçisi – Demokratik Təşəbbüslər İnstitutu qeyri hökumət təşkilatının üzvü Ruslan İzzətli də həbs olunub. O da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. 

Ondan 3 gün əvvəl – martın 6-da polis Toplum TV-nin yerləşdiyi ofisi basıb, əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinə aparıb. Toplum TV-yə məxsus texniki avadanlıqlar müsadirə olunub,. Müşfiq Cabbar, Əli Zeynalov, İlkin Əhmədov və Ramil Babayev, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs edilib. Hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. İki əməkdaş - Fərid İsmayılov və Elmir Abbasovu polis məhkəməyə təqdim etməyib və barələrində 4 ay müddətinə polis nəzarəti altına vermə qətimkan tədbiri seçib. Toplum TV-nin Youtube  və instagram səhifələri ələ keçirilərək videomateriallar, verilişlər silinib. 

Toplum TV öz fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini bəyan edib, hakimiyyətin bu addımını mediaya qarşı repressiya dalğasının bir hissəsi adlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də hökm Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo