Siyasət

İmamoğlunun vəkili də saxlanılıb

28 Mart, 2025
63

açıq mənbədən götürülüb

YENİLƏNDİ: Mehmet Pehlivan polis nəzarətinə verilməklə şərti azadlığa buraxıldı.

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan da saxlanılıb.

Məlumata görə, onun barəsində "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması" maddəsi üzrə saxlanılma qərarı verilib.

Həbs qərarından sonra İmamoğlunun “X” hesabından verilən açıqlamada "Qadağaçı zehniyyətdə yalanın və böhtanın sonu yoxdur. Bu dəfə vəkilim Mehmet Pehlivan uydurma əsaslarla saxlanılıb" ifadəsi yer alır.

“Demokratiyaya qarşı çevriliş azmış kimi, bu çevrilişin qurbanlarının özlərini müdafiə etməsinə dözə bilmirlər. Demokratiyaya qarşı çevrilişin üstünə qanuni çevriliş də əlavə etmək istəyirlər. Bir ovuc səriştəsiz adamın ölkəmizə vurduğu şər daha da böyüyür. Vəkilimi dərhal azad edin”, - İmamoğlu yazıb.

İmamoğlu martın 18-də universitet diplomunun ləğv edilməsindən bir gün sonra saxlanılıb.

O, martın 23-də “korrupsiya” istintaqı çərçivəsində həbs edilib. Bütün bu proses son həftələrdə İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına qarşı açılan araşdırmalardan sonra və CHP-nin prezidentliyə namizədliyi üçün ilkin seçkilər öncəsi baş verib. 

Araşdırmaların əvvəlində prezident Rəcəb Tayyib Ərdoğan, "Onlar da ən böyük turpun torbada olduğunu çox yaxşı bilirlər. Narahatlıqlarının səbəbi budur" demişdi.

İmamoğlu 2019-cu ilin martından İstanbulun bələdiyyə sədri vəzifəsində çalışır. O, yenidən namizədliyi irəli sürüləcəyi təqdirdə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur. Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Əli Kərimlinin sürücüsü saxlanılıb

1 Aprel 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin sürücüsü Zaur Rzalı mülki geyimli şəxslər tərəfindən saxlanılıb.  Bu barədə Əli Kərimli “Facebook” hesabında bildirib. O yazıb ki, Rzalı onu bu gün həbsdə olan “Abzas Media” əməkdaşlarının məhkəməsinə aparacaqmış.  “Azadlıq” qəzeti xəbər verib ki, Rzalı paytaxtın Nərimanov rayonu ərazisində avtomobilini yuyarkən üç mülki geyimli tərəfindən qaçırılıb.  AXCP sədrinin ictimai əsaslarla sürücüsü olan Rzalının saxlanılması ilə əlaqədar hələ ki, rəsmi məlumat yoxdur.  Bundan əvvəl, martın 21-də Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Basqalın barəsində sağlamlığa qəsdən zərər vermə ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.  AXCP bildirir ki, partiyanın hazırda həbsdə...
Siyasət

Gürcüstan parlamenti “xarici agentlər” qanununu qəbul edib

1 Aprel 2025

AP

Gürcüstan parlamenti “xarici agentlərin” qeydiyyatı və teleradio şirkətlərinin xaricdən maliyyələşdirilməsini qadağan edən qanunları qəbul edib. “Xarici agentlərin” qeydiyyatı haqqında qanun layihəsinin təşəbbüskarı olan hakim “Gürcü Arzusu” partiyası iddia edir ki, bu sənəd “guya Amerikanın FARA qanununun surətidir”. Azadlıq Radiosunun Gürcüstan xidmətinin məlumatına görə, Amerika qanunlarından fərqli olaraq, Gürcüstan qanunu müstəqil vətəndaş cəmiyyəti təşkilatlarını və media qurumlarını hədəf alır. Yeni qanuna əsasən, təkcə qeyri-kommersiya təşkilatları deyil, həm də fiziki şəxslər “xarici agent” statusu alacaqlar.  Qanunun müddəalarına əməl edilməməsi cinayət məsuliyyətinə səbəb olacaq. Ötən il qəbul edilən və etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun, büdcəsinin azı 20 faizi xaricdən maliyyələşən...

Seçilmiş Videolar

Toplum TV loqo