arxiv fotosu
Minlərlə Qarabağ ermənisi Yerevanda Ermənistan hakimiyyətinə etiraz etməyə başlayıb.
Qarabağlılar hökumətdən onlara qarşı diskriminasiyaya son qoyulmasını və Azərbaycana təhlükəsiz şəkildə qayıdış məsələsinin beynəlxalq arenada qaldırılmasını tələb edirlər.
Onlar, həmçinin hökumətin aylıq müavinətləri ödəməyə davam etməsini istəyirlər.
Yerevanın Azadlıq Meydanında baş tutan mitinqin təşkilatçıları hökumətə bu tələbləri yerinə yetirməsi üçün bir həftə vaxt verib. Əks halda, onlar kütləvi aksiyalara davam edəcəklərini bildiriblər. Bəzi etirazçılar artıq çadırlar qurmağa başlayıblar.
“Sosial-iqtisadi problemlərimizi həll etməsələr, qadınlarımız və uşaqlarımız küçədə qalsa, istəsələr də, istəməsələr də, bu mübarizə siyasi mübarizəyə çevriləcək”, mitinq iştirakçılarından biri deyib.
Ermənistan hökuməti etirazçılarının tələblərinə hələ ki reaksiya verməyib.
Qarabağ erməniləri 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində hərbi əməliyyat aparmasından sonra evlərini tərk ediblər.
Onların Azərbaycana qayıdış məsələsi Ermənistanla Azərbaycan arasında sülh razılaşması üçün aparılan danışıqların müzakirə predmeti olmayıb
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
AP
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
Əli Kərimlinin mühafizəçisi 4 ay müddətinə həbs olunub
Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır
Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır