Mark Louen/şəxsi arxiv
Türkiyə hakimiyyəti İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunun həbsindən sonra başlayan etiraz aksiyalarını işıqlandıran BBC müxbirini deportasiya edib.
Jurnalist martın 27-də deportasiya edilib.
O, "ictimai təhlükə" hesab edildiyini bildirən yazılı bildiriş aldığını deyib.
"Əvvəllər beş il yaşadığım və böyük sevgi bəslədiyim ölkədən saxlanılıb deportasiya olunmaq son dərəcə sarsıdıcı idi. Mətbuat azadlığı və qərəzsiz jurnalistika demokratiyanın əsasını təşkil edir", o deyib.
BBC-nin icraçı sədri Deborah Turness jurnalistin deportasiyasına son dərəcə narahatedici hadisə adlandırıb.
Türkiyədə kütləvi etirazlar martın 19-da İstanbul meri və komandasının üzvlərinin müxtəılif ittihamlarla saxlanılmasından sonra başlayıb.
Türkiyə Ədliyyə Nazirliyi iddia edir ki, cinayət işi siyasi xarakter daşımır.
İmamoğlu özü təqib edilməsini xalqın iradəsinə zərbə adlandırıb və etirazlara çağırıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikay bildirib ki, martın 19-dan 27-dək keçirilən nümayişlərdə ümumilikdə 1879 nəfər saxlanılıb. Daha sonra onlardan 489-u azad edilib, 260-ı həbs edilib, daha 468 nəfər isə məhkəmə nəzarəti ilə bağlı qərarlar alıb.
İmamoğlu 2019-cu ilin martından İstanbulun bələdiyyə sədri vəzifəsində çalışır.
O, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur. Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
AP
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
Əli Kərimlinin mühafizəçisi 4 ay müddətinə həbs olunub
Hüquqşünas: Hökumət repressiyanı beynəlxalq arenaya daşıyır
Rəsmi Bakı Türkiyədəki etirazlara niyə reaksiya vermir?
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır