İqtisadiyyat

"Dostluq" yatağının işlənməsi Rusiya şirkətinə həvalə edilir?

19 Fevral, 2021
2646

Controp

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizində yerləşən və Azərbaycanla Türkmənistanın birgə işlədəcəyi “Dostluq” neft-qaz yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi prosesində iştirak etmək niyyətindədir.

Fevralın 19-da verilən məlumata görə, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Lukoil”un rəhbəri Vahid Ələkbərovu qəbul edib.

Bildirilir ki, görüş zamanı bu yaxınlarda Türkmənistanla Azərbaycan Respublikası arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Görüş zamanı bu tarixi sənədin imzalanmasının Xəzərdə enerji sahəsində Türkmənistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsi və inkişafı baxımından mühüm hadisə olduğu bildirilib.  Bundan əlavə, sözügedən ortaq iş üçün yeni imkanların açıldığı və bölgəyə uzunmüddətli əsasda iri xarici investisiyaların cəlb olunması üçün əlavə stimulların yarandığı deyilib.

“Buna əsasən, biz “Lukoil”in “Dostluq” yatağının işlənməsində iştirak etmək niyyətlərini alqışlayırıq və bu layihənin həyata keçirilməsi üçün konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq”, - deyə Türkmənistan prezidenti qeyd edib.

Vahid Ələkbərov da bu layihənin keyfiyyətcə, ekoloji tələblərə uyğun və vaxtında həyata keçirilməsi üçün hər şeyin ediləcəyini vurğulayıb (APA).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Məsafədən kredit götürmək istəyənlər üçün yeni qayda: Vəsait dərhal verilməyəcək

30 Sentyabr 2026

sosial media

Azərbaycanda məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirilib. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, vətəndaşlar banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət etməklə məsafədən istehlak krediti götürməyə və ya kredit limitini artırmağa məhdudiyyət qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin bankda şəxsən iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası ilə etdiyi yazılı müraciət əsasında ləğv olunacaq. Yeni qaydalara görə, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə bir məhdudiyyət qoyub-qoymadığını həm öz informasiya sistemləri, həm də kredit bürosu vasitəsilə yoxlamalıdır. Məhdudiyyət tətbiq edən şəxslə məsafədən kredit müqaviləsi bağlamaq və ya onun kredit limitini artırmaq mümkün olmayacaq....
İqtisadiyyat

Bankların kredit faizlərindən gəliri 17,2 faiz artıb

28 Sentyabr 2026

sosial media

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bankların verdikləri kreditlər üzrə faiz gəlirləri 2 milyard 982,6 milyon manat olub. “Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Sentyabrın 1-nə bankların kredit portfelinin ümumi həcmi 32 milyard 824,2 milyon manat təşkil edib. Bu məbləğin 17 milyard 822,9 milyon manatı biznes, 10 milyard 261,2 milyon manatı istehlak, 4 milyard 740,2 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb. “Toplum TV”nin daha əvvəl Mərkəzi Bankın məlumatları əsasında dərc etdiyi təhlildə bankların əmanətlər üzrə faizləri azaltdığı halda, kreditləri bahalaşdırdığı göstərilib. Belə ki, 2024–2025-ci illərdə manatla depozitlər üzrə orta faiz dərəcəsi...

Seçilmiş Videolar

Toplum TV loqo