Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May, 2022
2369

AFP

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb.

Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur.

Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü.

Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar.

İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar.

Eyni zamanda, bütün qadağalar pərdə arxasında fəaliyyət göstərir: hakimiyyət orqanlarından heç bir rəsmi göstəriş alınmayıb - onlar hələ də baş verənləri şərh etmirlər.

Şifahi qadağalara əməl olunmasına yerli məmurlar və müəssisə rəhbərləri tərəfindən nəzarət edilir.

Türkmənistanda qadınların xarici görünüşünə və davranışına dair sərt tələblər aprelin əvvəlində ortaya çıxıb.

Ölkə rayonlarından birində polis gözəllik salonlarına bildirib ki, indi botoksun tətbiqi, qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsinə qadağa qoyulub.

Tələblərin pozulmasına görə salon sahibini külli miqdarda cərimə və 15 sutka həbs gözləyir. Polis qadağanın tətbiqini təsdiq edən heç bir sənəd təqdim etməyib.

Mayın əvvəlində eyni bölgədə onlarla cütlük ictimai yerlərdə əl-ələ tutduqlarına görə polis tərəfindən saxlanılıb. Polis onları ənənəvi adət-ənənələri pozmaqda ittiham edib.

Gənclərin davranışlarına nəzarət də başqa rayonun polis əməkdaşlarına həvalə olunub: onlar parklarda bir-birinə yaxın oturan oğlan və qızları “əxlaqsız hərəkətlərə” görə cərimələməlidirlər.

Polis hakimiyyətin qadınların xarici görünüşü ilə bağlı tələblərini dəstəklədiklədiyini bildirir. Onların fikrincə, qızlar təxribat xarakterli geyinir, bununla da cinsi cinayətləri təhrik edirlər.

Türkmənistan xəstəxanalarında da “düzgün” geyim tələb olunur. Mayın ortalarından etibarən xəstələr enli, uzun don geyinməli, baş örtüyü taxmalıdırlar. Onlar özləri ilə geyim aparmalıdır, əks halda xəstəxanaya yerləşdirilmələri rədd ediləcək.

Aprelin əvvəlindən Türkmənistanda qadınlar üçün türkmən adət-ənənələrinə, “ailə müqəddəsliyinə”, ədəb və tərbiyə normalarına həsr olunmuş təbliğat tədbirləri keçirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İranda Xameneini parodiya edən satirikə qarşı cinayət işi açılıb

16 Oktyabr 2026

sosial media

İranın Tehran prokurorluğu “Instagram”da satirik videoları ilə tanınan Səid Şəkibaya qarşı cinayət işi açıb. Buna onun ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin səsini parodiya etdiyi videonun sosial şəbəkələrdə yayılmasının səbəb olduğu bildirilir. “Radio Farda” Şəkibanın “təhqiredici və alçaldıcı məzmun yaymaq” ittihamı ilə məsuliyyətə cəlb edildiyini, barəsində “müvafiq tədbirlər” görüldüyünü yazıb. Son günlər hakimiyyətə yaxın sosial media istifadəçiləri videonu paylaşaraq satirikin cəzalandırılmasını tələb ediblər. SEPAH-a bağlı “Fars” agentliyi isə paylaşımı “təhqiredici və alçaldıcı” adlandırıb, videoda “kobud və nalayiq” ifadələrin işləndiyini bildirib. Şəkiba əsasən məhşur şəxslərin səslərini təqlid etdiyi komediya videoları ilə tanınır. Onun “Instagram” hesabının təxminən 1 milyon izləyicisi olduğu, səhifənin...
Dünya

Araşdırma: “İsrail şirkəti onlayn reklamlar vasitəsilə kütləvi casusluq əməliyyatı aparıb”

16 Oktyabr 2026

sosial media

İsrailin “Discover-Tech” rəqəmsal reklam şirkətinin onlayn reklamlar vasitəsilə internet istifadəçilərini izlədiyi, bəzi hallarda isə onların cihazlarına casus proqram yerləşdirilməsinə şərait yaratdığı bildirilir. Bu barədə Kanadanın “Citizen Lab” araşdırma qrupu və ABŞ-nin reklam təhlükəsizliyi üzrə “Confiant” şirkətinin hesabatlarına istinadən “Reuters” yazıb. Araşdırmaya əsasən, “Discover-Tech”in mobil telefon və qulaqlıq kimi məhsulları reklam edən elanları 120 mindən çox internet saytında və 75 min tətbiqdə nümayiş etdirilib. Şirkətin gündə azı 10 milyon reklam göstərdiyi, zərərli reklamların yerləşdirildiyi saytlara daxil olan və ya tətbiqlərdən istifadə edən şəxsləri izləyə bildiyi deyilir. Bildirilir ki, bəzi hallarda şirkət smartfon istifadəçilərinin telefon nömrələrini əldə etməyə də cəhd göstərib. Tədqiqatçılar...

Seçilmiş Videolar

Toplum TV loqo