Açıq mənbə
İran atəşkəs dövrünün sonuna qədər Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açdığını bəyan edib. Bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçi məlumat verib.
Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Araqçinin sözlərinə görə, gəmilər bundan əvvəl İranın Limanlar və Dənizçilik Təşkilatının açıqladığı razılaşdırılmış marşrut üzrə hərəkət edə bilərlər.
İran fevralın 28-də ABŞ və İsrailin hücumundan sonra boğazı bağlamışdı.
ABŞ prezidenti Donald Tramp qərara münasibət bildirərək özünün “Truth Social” hesabında İrana təşəkkür edib.

Bununla belə, o qeyd edib ki, İranla bağlı məsələlərə görə dəniz blokadası qüvvədə qalacaq və yalnız İranla aparılan əməliyyatlar tam başa çatdıqdan sonra ləğv olunacaq. Tramp əlavə edib ki, prosesin tezliklə yekunlaşacağı gözlənilir, çünki əsas məqamların əksəriyyəti artıq razılaşdırılıb.
Aprelin 13-də ABŞ Hörmüz boğazında dəniz blokadasına başladığını açıqlamışdı. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, üç gün ərzində 14 gəmi marşrutunu dəyişərək geri dönmüşdü. Aprelin 15-də isə ABŞ hərbçiləri İran limanlarının tam blokadaya alındığını bəyan etmişdi. Vaşinqtonun iddiasına görə, həmin limanlar İran iqtisadiyyatının 90 faizini təmin edən ticarət axınında mühüm rol oynayır.
Donald Tramp aprelin 16-da İsrail və Livan liderləri Benyamin Netanyahu və Jozef Aunla danışıqlardan sonra tərəflər arasında atəşkəs əldə olunduğunu açıqlayıb. ABŞ prezidenti həmçinin Netanyahu və Aunu Ağ Evdə üçtərəfli görüşə dəvət edəcəyini bildirib. Onun sözlərinə görə, İsrail və Livan liderləri 1983-cü ildən bəri birbaşa görüş keçirməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin bərpa edildiyini bildirib
sosial media
Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”
whitehouse
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır