Siyasət

Fərid İsmayılov yazır: “Beynəlxalq standartlı Umbakı həbsxanasında yağış suyu dəhlizlərə axır”

27 noyabr, 2026
28

sosial media

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov yeni yazısında Umbakı Penitensiar Kompleksində məhbusların rütubət və yağış sularının yaratdığı şəraitdə saxlanıldığını bildirir.

Jurnalistin sözlərinə görə, son dövrlər yağan yağışlar zamanı müəssisənin bəzi dəhlizlərinə damdan su axır, döşəmədə gölməçələr yaranır. Rütubət isə çatlamış divarlara və məhbusların saxlanıldığı hissələrə yayılır.
“Dəhlizlərə axan ‘şəlalələr’dən yayınmaq mümkün olsa da, rütubətli divarlar arasında yaşamağa məcburuq”, - Fərid İsmayılov yazır.

Umbakı Penitensiar Kompleksi 2023-cü ildə Ədliyyə Nazirliyi tərəfindən “müasir” və “beynəlxalq standartlara uyğun” müəssisə kimi təqdim olunmuşdu. Rəsmi məlumata əsasən, 1 300 nəfərlik kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus inşa edilib, saxlanılan şəxslər üçün sanitar qovşaqlar və digər zəruri şərait yaradılıb.

Fərid İsmayılovun araşdırmasına görə, Penitensiar Xidmətin Təchizat İdarəsi 2026-cı ildə Umbakı, Lənkəran və 4 saylı Cəzaçəkmə Müəssisəsində su və çirkab su sistemlərinə xidmət göstərilməsi üçün satınalma keçirib.

Jurnlaist bildirir ki, bu işlər üzrə qalib şirkətlə 210 min 984 manatlıq müqavilə bağlanıb. Satınalma su və çirkab su nasosxana stansiyalarına, eləcə də avadanlıqlara xidmətin göstərilməsini nəzərdə tutub.

Jurnalist qeyd edir ki, müqavilənin Umbakı müəssisəsində yağış sularının kənarlaşdırılması, drenaj və dam örtüyündəki problemlərin aradan qaldırılmasını əhatə edib-etmədiyi aydın deyil.

“Əsas sual budur: su və çirkab su sistemlərinə xidmət üçün dövlət büdcəsindən yüz minlərlə manat ayrıldığı halda, müəssisədə yağış sularının dəhlizlərə axmasının qarşısı niyə alınmayıb?”, - jurnalit qeyd edir.

“Toplum TV” jurnalistin səsləndirdiyi iddialarla bağlı bağlı Penitensiar Xidmətə sorğu göndərib. Qurumun mövqeyini almaq mümkün olmayıb. Cavab verilərsə, materiala əlavə ediləcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hesabat: Bu il Azərbaycanda azı 49 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

27 noyabr 2026

sosial media

2026-cı ilin əvvəlindən noyabrın 26-dək Azərbaycanda azı 49 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son monitorinq hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 16-sı müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 7-si intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Daha 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Xəstəlikdən ölənlərin 9-nun ürək xəstəlikləri, 1-nin sətəlcəm, 1-nin ağciyər xəstəliyi, 1-nin “sürətlə yayılan meningit”, 1-nin “ağır xəstəlik” səbəbindən öldüyü qeyd olunub. Üç hərbi qulluqçunun ölümünə səbəb olan xəstəliklər açıqlanmayıb. Hesabata görə, bədbəxt hadisələr nəticəsində ölən 7 nəfərdən 2-si suda, 2-si dəm qazından boğulub. Bir hərbi qulluqçu dağda sürüşmə, biri...
Siyasət

“Abzas Media” beynəlxalq ifadə azadlığı mükafatına layiq görülüb

26 noyabr 2026

AbzasMedia

“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il ifadə azadlığı mükafatının jurnalistika kateqoriyasında qalib elan olunub. Bu kateqoriyada Azərbaycan nəşri ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da mükafata namizəd göstərilmişdi. “Index on Censorship” jurnalistika mükafatını senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai maraq doğuran araşdırmalar və materiallar hazırlayan media qurumlarına təqdim edir. Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil nəşr kimi xarakterizə edib: “‘Abzas Media’nın redaksiyası Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölünüb. Bunların hər ikisi jurnalist fəaliyyəti üçün son dərəcə çətin şəraitdir. Lakin bu,...

Seçilmiş Videolar

Toplum TV loqo