Dünya

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib

29 Mart, 2025
56

dailypost.ng

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1002 nəfərə çatıb, daha 2376 ölkə sakini yaralanıb.

Reuters xəbər verir ki, 30 nəfər itkin düşənlər siyahısındadır.

Zəlzələ nin birinci təkanı 7,7 bal gücündə olub. Daha sonra 6,4 bal gücündə ikinci təkan baş verib. 

Təbii fəlakət Myanmada infrastruktura ziyan vurub, yolları, körpüləri və binaları dağıdıb. 

Zəlzələ Tailand və Çində də hiss olunub.

Məlumata görə, bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanın keçmiş prezidenti “müqavimət platforması” yaratdığını elan edib

1 Aprel 2025

OC-MEDİA

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili yeni parlament seçkiləri təyin etmək və “vicdan məhbusları”nı azad etdirmək üçün “müqavimət platforması”nı yaratdığını elan edib.  O, bunu martın 31-də Tbilisidə keçirilən genişmiqyaslı mitinqdə çıxış edərkən bildirib.  Tbilisidə etirazlar dörd aydan çoxdur ki, davam edir. Etirazlar Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına qoşulması üzrə danışıqların dayandırılmasını elan etməsindən sonra başlayıb.  Həmin vaxt prezident olan Zurabişvili dekabrın 29-da vəzifə müddətinin bitməsi səbəbilə ofisini tərk edib. Buna baxmayaraq, yeni seçilən prezidenti, habelə parlamenti tanımadığını bildirib.
Dünya

Moldova Rusiya səfirliyinin üç əməkdaşını ölkədən çıxarıb

31 Mart 2025

RFE/RL

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını arzu olunmaz şəxs elan edib. Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Musteata bəyan edib ki, səfirlik nümayəndələri məhkəmədən bir gün əvvəl rusiyayönlü deputat Aleksandr Nesterovskini tanınmamış Dnestryanı bölgəyə aparıblar. Nesterovski Moldova parlamentinin rusiyapərəst deputatıdır. 2025-ci il martın 19-da Kişinyov məhkəməsi ona korrupsiyaya və qeyri-qanuni partiya maliyyələşdirməsinə şərait yaratdığına görə qiyabi olaraq 12 il həbs cəzası verib və onu 500 000 ley (27 000 ABŞ dolları) məbləğində cərimələyib.  Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti bildirir ki, 2025-ci il martın 18-i axşam saatlarında Nesterovskiyə oxşayan şəxs Rusiya səfirliyinə daxil olur, martın 19-da isə Rusiya...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo