Siyasət

İmamoğlunun tərəfdarları ölkə boyu "iqtisadi boykot" elan ediblər

2 Aprel, 2025
249

açıq mənbədən götürülüb

İstanbul meri Ekrəm İmamoğlunun həbsi ilə başlayan etiraz aksiyalarının tərəfdarları bu gün Türkiyə daxilində boykot çağırışı ediblər.

CHP sədri Özgür Özəl bu çağırışları dəstəkləyəcəyini açıqlayıb.

“Tələbələrə, analara, atalara, qardaşlara edilən bu zülmə qarşı gənclərin başlatdığı istehlak boykotunu ürəkdən dəstəkləyirəm. Hər kəsi bu boykota qoşulmağa və istehlakdan əldə etdikləri gücdən istifadə etməyə dəvət edirəm”,  Özəl belə deyib.

İstanbul başda olmaqla bir çox kafe, restoran və iş yeri aprelin 2-də iaşə obyektlərini açmayacaqlarını və satış etməyəcəklərini açıqlayıblar.

İstanbul Baş Prokurorluğu boykot çağırışı edənlərlə bağlı “nifrət və ayrı-seçkilik”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə istintaqa başladıb.

Prokurorluq bu çağırışları “bölücü ritorika" adlandırıb.

Ticarət naziri Ömər Bolat da "ticarətində maddi itkiyə məruz qalanların boykot çağırışı edənlərə qarşı təzminat iddiası qaldıra biləcəklərini" deyib.

AKP-nin sözçüsü Ömər Çelik Özgür Özəl-in bu çağırışa dəstəyini “siyasi tariximizin ən böyük siyasi fanatizmi və ictimai parçalanma” adlandırıb.

Ekrem İmamoğlu martın 18-də universitet diplomunun ləğv edilməsindən bir gün sonra saxlanılıb.

O, martın 23-də “korrupsiya” istintaqı çərçivəsində həbs edilib. 

İmamoğlu 2019-cu ilin martından İstanbulun bələdiyyə sədri vəzifəsində çalışır. O, yenidən namizədliyi irəli sürüləcəyi təqdirdə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur. Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...
Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.  Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:  “Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.” Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib. Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük...

Seçilmiş Videolar

Toplum TV loqo