Dünya

Rusiya Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurub

6 İyul, 2026
82

Apa

Rusiya ordusunun iyulun 5-i axşam saatlarında Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirdiyi bildirilir. 

Ukraynanın “Ekonomiçna Pravda” nəşrinin yerli hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Mikolayiv şəhərindən 30 kilometr uzaqlıqda, Neçayane kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə “Shahed” dronları ilə 17 dəqiqə aralıqla iki dəfə zərbə endirilib. Hadisə nəticəsində bir qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

O da qeyd olunur ki, Rusiyanın Ukraynanın dərinliklərində logistika obyektlərinə, yük nəqliyyatına və yanacaqdoldurma məntəqələrinə kütləvi zərbələr endirəcəyi barədə hələ iyulun 3-də xəbərdarlıq yayılıb.

“SOCAR Energy Ukraine” şirkətindən “Azərtac”a məlumatı təsdiqləyiblər. Hadisə ilə bağlı hələ ki, Ukrayna, Rusiya və ya Azərbaycan rəsmilərinin açıqlaması yoxdur. 
Ötən ilin avqustunda SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına “Shahed” dronları ilə hücum edilmişdi. Hadisə nəticəsində dörd nəfər ağır yaralanmışdı. 

Hadisədən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in məlumatında deyilir ki, yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar “kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin bərpa edildiyini bildirib

15 Oktyabr 2026

sosial media

Ukrayna Rusiyanın enerji infrastrukturuna davam edən hücumlarına cavab olaraq Rusiya neft emalı zavodlarına zərbələri bərpa edib. Ukrayna prezidenti Volodimir Zelenski bu barədə “Financial Times”a müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna ABŞ prezidenti Donald Trampın oktyabrın 11-də elan etdiyi “enerji atəşkəsi”nə riayət etmək üçün Rusiya neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələri iki gün dayandırıb. Lakin Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib. “Reuters”in məlumatına görə, oktyabrın 15-də Rusiyanın Ryazan vilayətinin qubernatoru Ukraynaya məxsus dronların neft emalı zavodunda yanğına səbəb olduğunu açıqlayıb. Zelenski müsahibədə Ukraynanın ABŞ-dən ballistik raket hücumları barədə erkən xəbərdarlıqlar almadığını, həmçinin “Starlink” peyk rabitəsi xidmətinin...
Dünya

Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”

14 Oktyabr 2026

whitehouse

“Yeni və gözəl Qrenlandiyamızda genişmiqyaslı neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”. ABŞ prezidenti Donald Tramp bunu oktyabrın 14-də özünün “Truth Social” hesabında yazıb. ABŞ lideri Qrenlandiyanın təbii sərvətlər baxımından böyük potensiala malik olduğunu vurğulayıb. Adanın Arktikada strateji mövqeyə sahib olduğunu qeyd edən Tramp bölgənin həm iqtisadi, həm də təhlükəsizlik baxımından ABŞ üçün əhəmiyyətini ön plana çəkib. “Ekspertlər bildirirlər ki, asanlıqla çıxarıla bilən neft ehtiyatlarının həcmi dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən xeyli çoxdur. Daha da vacibi, Qrenlandiya həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropanın müdafiəsi və hücum imkanları baxımından misilsiz təhlükəsizlik əhəmiyyətinə malikdir. ABŞ-yə gələcəkdə baş...

Seçilmiş Videolar

Toplum TV loqo