700 min manatlıq mənimsəmədə ittiham olunan idarə rəisi 2 min manat cərimələnib
e-huquq.az
İyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinin ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi olmuş Vəli Rəhimov 2 min manat cərimə olunub.
Həmin idarənin maliyyəçi-mühasibi olmuş Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Palatanın Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovaya isə 3 il həbs cəzası verilib. Lakin onun hamilə olduğu nəzərə alınıb və doğulacaq övladı 14 yaşına çatanadək barəsindəki hökmün icrası təxirə salınıb.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərə qarşı 313-cü (Vəzifə saxtakarlığı) maddə ilə də ittiham irəli sürülsə də, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ittihama xitam verilib.
Əvvəlki prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 2018-ci ildən etibarən öz qohumları adına onların xəbəri olmadan maaş kartları açaraq ümumilikdə 717 min 311 manat pulu mənimsəyiblər.
Məhkəmə istintaqı zamanı G.Əhmədova və F.Novruzova özlərini təqsirli biliblər və əməllərini maddi vəziyyətlərinin pis olması ilə əsaslandırıblar. V.Rəhimov isə mənimsəmədən xəbəri olmadığını iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”