Məhkəmə

Anar Məmmədlinin məhkəməsində prokuror məhkəmə tərkibinə etiraz edib

3 Mart, 2026
344

Foto: sosial media

Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Jurnalist Rövşən Hacıbəylinin məlumatına görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən proses şahidlərin dindirilməsi ilə davam etdirilib.

Şahid qismində tanınan Kazım Həsənov istintaqa verdiyi ifadəyə əlavəsi olmadığını deyib. O, dövlət ittihamçısının suallarına cavabında seçki prosesi ilə yaxından maraqlandığı üçün SMDT-nin maarifləndirici təlimlərinə qatıldığını bildirib.

Sonra məhkəməyə şahid qismində "Seçki Müşahidə" Alyansının həbsdə olan rəhbəri Məmməd Alpay (Məmmədzadə) əlləri qandallı vəziyyətdə gətirilib. İfadə verdiyi zaman da M.Alpayın əllərindən qandal açılmayıb.

M.Alpay əvvəlcə özünün də A.Məmmədli ilə eyni ittihamlarla mühakimə olunduğunu əsas gətirərək ifadə verməkdən imtina edib. Lakin hakim onun bu işdə şahid kimi ifadə verməyə borclu olduğunu deyəndən sonra M.Alpay istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Vəkil Elçin Sadıqov dövlət ittihamçısının şahidə suallarına etiraz edib və onun yönləndirici suallar verdiyini hakimin diqqətinə çatdırıb. Prokuror isə bu etiraza aqressiv reaksiya verib. O, müdafiə tərəfinin onun işinə “yersiz müdaxilə" etdiyini və hakimin buna reaksiya verməməsini əsas gətirərək məhkəmə tərkibinə etiraz edib.

Prokurorun reaksiyasına vəkil Günay İsmayılova da etirazını bildirib. Dövlət ittihamçısı isə yüksək tonla danışmasının səbəbini zaldakıların onu eşidə bilməməsi ilə əsaslandırsa da, bu, zalda gülüşlə qarşılanıb.

Hakim, dövlət ittihamçısı və vəkillər arasındakı gərginlik prosesdə qısa fasilə yaranmasına səbəb olub.

Proses davam etdikdən sonra dövlət ittihamçısının M.Alpaya növbəti sualı onun Gürcüstana səfəri ilə bağlı olub. “Siz səfərə Anar Abdulla ilə birgə eyni təyyarədə getmisiniz, eyni tədbirdə iştirak etmisiniz?” sualına cavabında M.Alpay bunu xatırlamadığını deyib: “Mən beynəlxalq təşkilatların, missiyaların tərkibində müxtəlif ölkələrdə, daha doğrusu 33 ölkədə səfərdə olmuşam, oralara kiminlə birgə, kiminlə ayrı getdiyimin hesabatını hazırlamamışam”.

Dövlət ittihamçısının qaçaqmalçılıqla bağlı sualına cavabında isə şahid sərhəddən heç vaxt qaçaqmal yoluyla pul keçirmədiyini deyib.

Növbəti proses martın 16-sı saat 15.00-a təyin olunub.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur. QHT rəhbəri özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.

Məmməd Alpay ötən il martın 14-də saxlanılıb və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, iki ayrı cinayət işi üzrə ümumilikdə Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham olunur.

Ona qarşı “QHT işi”, həmçinin hüquq müdafiəçisi Anar Məmmədlinin ittiham olunduğu iş üzrə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri üzrə ittihamlar irəli sürülüb.

Onun rəhbəri olduğu Seçki Müşahidə Alyansı Azərbaycanda seçki monitorinqi ilə məşğul olan az sayda qurumlardan biridir.

Hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və xarici qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo