Rusiyanın nüvə doktrinası dəyişir: adi silahlarla hücuma da nüvə silahıyla cavab veriləcək
cnn.com
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sentyabrın 25-də keçirilən iclasında ölkənin nüvə silahından istifadə doktrinasına dəyişikliklər təklif edib.
Putin hesab edir ki, Moskvanın nüvə silahından istifadəsinə haqq qazandıracaq hərbi təhdidlərin siyahısı genişləndirilməlidir.
Doktrinanın yeni versiyasına görə, Rusiya ona qarşı adi silahlarla kütləvi hücuma cavab olaraq nüvə silahından da istifadə edəcək.
Putin adi silahlardan danışarkən strateji və taktiki aviasiyanı, qanadlı raketləri, dronları, sürəti səsin sürətindən çox olan raketləri və digərlərini qeyd edib.
O deyib ki, Rusiyaya hərbi hava-kosmik vasitələrlə hücumun başlanmasına dair etibarlı informasiya da nüvə cavabı ilə nəticələnəcək.
Yeni doktrinaya görə, “ölkənin suverenliyinə qarşı kritik hədə yarandığı bütün hallarda” Rusiya nüvə zərbəsindən istifadə haqqına malik olacaq.
Putin onu da deyib ki, Belarus da belə təhlükə ilə üzləşərsə, Rusiya nüvə silahından istifadə edə bilər.
Rusiya prezidenti təklif edib ki, Rusiyaya qarşı istənilən qeyri-nüvə ölkəsinin hərbi hərəkətləri nüvə ölkəsi tərəfindən dəstəklənərsə, bu onların Rusiyaya qarşı birgə hücumu kimi qiymətləndirilməlidir.
Putinin sözlərinə görə, nüvə doktrinasının tətbiq oluncağı dövlətlərin və hərbi ittifaqların siyahısı genişləndirilməlidir. O, siyahıya hansı ölkələrin əlavə ediləcəyini deməyib.
Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermak Putinin çıxışına cavab olaraq deyib ki, "Nüvə şantajından başqa Rusiyanın dünyanı qorxutmaq üçün heç nəyi, heç bir aləti yoxdur. Bu alətlərsə işləməyəcək”.
Bu il iyulun 7-də Peterburq iqtisadi forumunda çıxış edən Putin ölkənin nüvə doktrinasına dəyişiklik olunacağını istisna etmədiyini demişdi.
Amma o əlavə etmişdi ki, hazırda nüvə silahından istifadə barədə heç düşünməyə belə ehtiyac yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
gazeta.uz
Timesofisrael.com
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?