Açıq mənbələrdən götürülüb
Vüqar Məmmədov
İyulun 24-də məhkəmə qərarı ilə "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov və Müdafiə Nazirliyinin keçmiş hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Toplum Tv xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov və Elnur Məmmədov tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Müdafiə Nazirliyinin fəaliyyətini kəskin tənqid edən Elnur Məmmədov bundan əvvəl də həbs olunmuşdu.
O, 2022-ci il iyunun 6-da Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.
Elnur Məmmədov sosial mediada Müdafiə Nazirliyinin rəhbərliyini, həmçinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu yeyinti, qohumbazlıq və s. məsələlərdə ittiham etdikdən sonra həbs olunmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”