Sosial

Dubay şahzadəsinin keçmiş azərbaycanlı həyat yoldaşı BMT-yə müraciət edib

11 Oktyabr, 2022
2507

Histoires Royales

Dubay şahzadəsinin keçmiş həyat yoldaşı Zeynəb Cavadlı BMT-yə müraciət edib.

“BBC” yazır ki, azərbaycanlı gimnast Zeynəb Cavadlının vəkillərindən biri BMT-nin İnsan Haqları Şurasına müraciət edib. Şuradan BƏƏ-nin səlahiyyətli orqanlarına müdaxilə etmək istənilir. 

Zeynəb Cavadlının keçmiş əri Şeyx Səid Dubay kralı Rəşid Əl Məktumun qardaşı oğludur. 

Cütlük 2015-ci ildə evlənib. Gimnast 2019-cu ildə boşandıqdan sonra əri ilə uşaqların qəyyumluğu uğrunda mübarizə aparıb. 

https://toplum.tv/multimedia/mehkemenin-azad-etdiyi-sexsi-polis-buraxmayib

Dubay şahzadəsi Zeynəbi yarasız ana olmaqda ittiham edir, qadınsa bunu təkzib edir.

Hətta iki il əvvəl o, azyaşlı qızlarını ələ keçirmək üçün evinə basqın edildiyini canlı yayımda söyləmişdi.

Müraciətdə iddia olunur ki, Əmirliyin hakimiyyət orqanları Zeynəb Cavadlıya hədə-qorxu gəlib.

Bu, Dubayda hakim ailə daxilində ixtilafları üzə çıxaran son hadisədir.

“Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə tələyə düşmüşük. Həbs oluna bilərəm. Uşaqlarım əlimdən alına bilər deyə buranı tərk etməyə qorxuruq”,- keçmiş gimnast BBC-yə açıqlamasında belə deyib.

BMT-nin İnsan Haqları Şurasına müraciətdə Cavadlının vəkilləri iddia edir ki, iki il əvvəl Dubay polisi qadının valideyn və uşaqlarına zorakılıq edib və bu canlı yayımlanıb. Bundan sonra Zeynəb Cavadlı valideynləri ölkəni tərk etməli olublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo