Foto: açıq mənbə
İran məhkəməsi həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədiyə 7 il yarım həbs cəzası verib.
O, bunu fevralın 8-də vəkilinə deyib.
İnsan hüquqları fəalının konkret hansı əməldə ittiham olunduğu açıqlanmır. O özü daha əvvəl yaxınlarına İsrailə işləməkdə ittiham olunduğunu deyib.
N.Məhəmmədi ötən il dekabrın 12-də Məşəd şəhərində keçirilən tədbirdə digər fəallarla birlikdə saxlanılıb.
Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi.
O, İranda ölüm cəzasına və məcburi hicaba qarşı apardığı kampaniya ilə bağlı 2021-ci ilin noyabrından müxtəlif ittihamlarla həbsdə saxlanılırdı. Fəal 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.
Tərəfdarlarının dediyinə görə, o, həbsdə olarkən bir neçə dəfə ürək tutması keçirmiş və 2022-ci ildə təcili əməliyyat olunmuşdu.
N.Məhəmmədinin cəzası üç həftəlik dayandırılmalı idi, lakin tərəfdarlarının və Qərb ölkələrinin təzyiqi ilə o, daha uzun müddət azadlıqda qalmışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”