Manşet

Beynəlxalq təşkilatlar azərbaycanlı qadın jurnalistlərə qarşı qısnama hallarını pisləyib 

6 Fevral, 2026
231

Foto/kollaj: Toplum TV

Bir sıra beynəlxalq insan hüquqları və mətbuat azadlığı təşkilatları Azərbaycanda həbsdə olan jurnalistlər Ülviyyə Əli (Quliyeva) və Aysel Umudovaya qarşı baş verən seksual qısnama hallarını qınayıb və hökuməti bu halları araşdırmağa çağırıb. 

Müraciətə imza atan təşkilatlar arasında "Amnesty International", İnsan Hüquqları Evi Fondu, İnsan Hüquqları üçün Beynəlxalq Federasiya, İşgəncəyə qarşı Ümumdünya Təşkilatı, Müstəqil Vəkillər Şəbəkəsi, "Article 19 Europe", Azərbaycanda Repressiyaya Son Kampaniyası, "Cupidae Legum" Təşəbbüsü və İnsan Hüquqları üçün Beynəlxalq Əməkdaşlıq var. 

Müraciətçilər müxtəlif vaxtlarda "Meydan TV işi" üzrə həbs olunmuş Ü.Əli və A.Umudovanın ictimailəşdirdiyi, polis tərəfindən seksual qısnama hallarını işıqlandırıblar. Onlar xatırladır ki, A.Umudova ötən ilin dekabrında yazdığı məktubda bir il əvvəl saxlanılarkən polis əməkdaşları tərəfindən qısnamaya məruz qaldığını ictimailəşdirib. Ü.Əli isə ötən ilin mayında saxlanılarkən işgəncəyə və zorlanma təhdidlərinə məruz qaldığını bildirib. 

Müraciətçilər Avropa Şurasının qəbul etdiyi İstanbul Konvensiyasının 40-cı maddəsinə istinad edərək deyir ki, istənməyən fiziki təmas seksual qısnama olaraq qəbul olunur. 

Təşkilatlar vurğulayır ki, "Meydan TV işi" üzrə fevralın 6-da baş tutacaq növbəti məhkəmə prosesi öncəsi bu cür inandırıcı və ardıcıl ittihamlar ciddi narahatlıqlar doğurur.

"Effektiv və müstəqil hər hansı araşdırmanın hələ də aparılmaması Azərbaycanın məhkəmə və istintaq orqanlarının bu cür fundamental hüquqların və insan ləyaqətinin ağır pozuntularına cavab olaraq operativ, məzmunlu və müstəqil hesabatlılıq tədbirləri görmək öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini sual altına alır", - bəyanatda qeyd olunur. 

"A.Umudovanın və Ü.Əlinin işləri Azərbaycanda siyasi motivli təqiblərin daha geniş kontekstində son dərəcə narahatedici bir tendensiyanı göstərir. Bu çərçivədə məhkəməyə qədər həbs və cinsi zorakılıq insan hüquqları müdafiəçilərini və müstəqil qadın jurnalistləri qorxutmaq, susdurmaq və cəzalandırmaq üçün vasitə kimi istifadə olunmuş kimi görünür", - deyə onlar əlavə edib. 

Təşkilatlar Azərbaycan hökumətini bu halları araşdırmağa və jurnalistlərə qarşı təqiblərə son verməyə çağırıblar. Avropa Şurasını, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumları isə bu məsələni Azərbaycan hökuməti ilə təmasda qaldırmağa çağırıblar. 

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo