Məhkəmə

Sənay Yağmur işi: Əsgər Ağazadəyə hökm oxundu

12 Oktyabr, 2022
3040

Açıq mənbələrdən götürülüb

İctimai fəal Sənay Yağmura təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə hökm oxunub. 

Bu gün, oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sənay Yağmurun işi ilə bağlı sonuncu məhkəmə prosesi baş tutub. 9 ay davam edən və hakim Novruz Kərimovun sədrliyilə keçirilən iclasda Əsgər Ağazadəyə 5 il həbs cəzası verilib. 

Məhkəmədə son söz deyən Əsgər Ağazadə ona qarşı ittihamı təsdiqləyən heç bir sübutun olmadığını bildirib. Ağazadə ona qarşı bu cinayətin qurama olduğunu deyib. 

https://toplum.tv/mehkeme/kecmis-vekile-8-il-ceza-verildi

Zərərçəkmiş tərəf də hökmdən narazı qalıb, belə ki, Sənay Yağmurun nümayəndəsi Zümrüd Yağmur verilən cəzanı yüngül hesab edib və apellyasiya şikayəti verəcəklərini bildirib. 

Sənay Yağmura qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadə onun xalası oğludur. Əsgər Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə ittiham irəli sürülüb. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə əvvəlcə məsuliyyətə cəlb edilməyib.

Ötən il məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib. Əsgər Ağazadə nə ibtidai istintaqda, nə də məhkəmədə özünü təqsirli bilib, xalası qızına cinsi təcavüz etməsi barədə iddiaları rədd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo