Manşet

Şəmşad Ağa ailə üzvünün yas yerinə buraxılmayıb

15 Oktyabr, 2025
27

Foto: Toplum TV

Oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş, “arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) həbsdən qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətinə baxılıb.

“Meydan TV”-nin xəbərinə görə, hakim vəsatəti təmin etməyib.

Yaxınlarının məlumatına görə, Şəmşad Ağanın konvoy müşayiəti ilə bir neçə saatlıq ailəsi ilə görüşməsi üçün müraciət edilmişdi.

Oktyabrın 13-də “Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının Qurucu Heyət üzvləri Akif Qurbanov və Rusıan İzzətli Şəmşad Ağanın azadlığa buraxılması üçün prezidentə müraciət ediblər.

Müraciətdə qeyd olunurdu ki, Şəmşad Ağanın həyat yoldaşı həyati risk daşıyan ağır xəstəliklə üz-üzədir və bu səbəbdən əməliyyat olunması vacibdir: “Şəmşad Ağanın ailəsi 4 nəfərdən ibarətdir və himayəsində 2 azyaşlı övladı var. Belə vəziyyətdə ailə başçısı olaraq Şəmşad Ağanın öz həyat yoldaşının yanında olması, onun müalicəsini təşkil etməsi və övladlarının himayəsini həyata keçirə bilməsi qaçınılmaz zərurət yaradır”.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa bu ilin fevralında “Meydan TV işi” üzrə həbs olunub. 
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan müxtəlif vaxtlarda Ş.Ağadan başqa jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan Avropa Məhkəməsində işlərin sayına görə 47 ölkə arasında 8-cidir 

13 Oktyabr 2025

Foto: açıq mənbə

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılması gözlənilən işlərin sayına görə 47 ölkə arasında 8-ci yerdədir.  Bu, AİHM-in dərc etdiyi son statistikada öz əksini tapıb. Statistikaya görə, ötən ilin bu dövrü ilə müqayisədə Azərbaycandan göndərilən şikayətlərin sayı 250 ədəd artaraq 2,200-ə çatıb. Azərbaycandan olan işlər ümumi sayın 3,5 %-ini təşkil edir.  Siyahıya 21,800 işlə Türkiyə başçılıq edir. Bu, ümumi işlərin 35 %-i deməkdir. Rusiya 8,050 iş və ya 12,9%-lə ikinci yerdə, Ukrayna isə 7,200 iş və ya 11,6 %-lə üçüncü yerdə qərarlaşıb.  Statistikanı “Toplum TV” üçün şərh edən vəkil Fariz Namazlı düşünür ki, Azərbaycandan olan ərizələrdə artımın olması ölkədə son...
Manşet

Aynur Elgünəşin filmi beynəlxalq mükafat qazanıb

13 Oktyabr 2025

Foto: VOA

“Meydan TV”-nin hazırda həbsdə olan baş redaktoru Aynur Elgünəşin ( “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi Praqada keçirilən “Press Play Prague” beynəlxalq film festivalında mükafata layiq görülüb. Filmin festivalda tamaşaçı rəğbəti qazanan iki ekran işindən biri olduğu açıqlanıb. Aynur Elgünəşin filmi jurnalistin şəxsi həyat təcrübəsinə əsaslanır. O, yeniyetmə yaşlarında köçkün düşdüyü Ağdama 28 il sonra jurnalist kimi qayıdır və uşaqlığının izlərini, dağıdılmış evlərin və itmiş xatirələrin arasında axtarır. On səkkiz dəqiqəlik hibrid sənədli filmin prodüseri jurnalist və rejissor Durna Səfərova, operator və montaj müəllifi isə Mətləb Muxtarovdur. Aynur Elgünəş 2024-cü ilin dekabrında “Meydan TV işi” üzrə həbs olunub. Həmin...

Seçilmiş Videolar

Toplum TV loqo