Ölkə

Aynur Elgünəş: Ombudsman nümayəndələri təcridxanaya gəlib, bir nəfəsliyi açıb içəri boylanmayıb

14 Oktyabr, 2025
210

Foto: sosial media

"Meydan TV"-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasına (BİT) Ombudsman Aparatının işçilərinin gəldiyini, lakin məhbuslarla görüşmədiklərini xəbər verib. 

Bu barədə A.Elgünəş "Meydan TV"-nin ictimailəşdirdiyi məktubunda qeyd edib. 

“Oktyabrın 9-da Ombudsman Aparatının nümayəndələri yollarını azıb Bakı İstintaq Təcridxanasına təşrif buyurublar. Saxlanıldığımız 11 ayda ilk dəfə idi gəldiklərini eşidirdim. Ombudsmanın nümayəndələrinin gəldiyi vaxt nəfəsliklər qapalı olduğundan heç kim bu barədə bilməyib də. Nə məhbuslara xəbər verilib, nə də özləri hansısa nəfəsliyi açıb içəri boylanıb. “BİT-ə gedildi” tapşırığına quş qoymaq üçün gəliblər və insan görmədən qaçıblar."

A.Elgünəş deyir ki, həmin vaxt özü istintaq otağında olub və Ombudsman Aparatının nümayəndələri əgər istəsəydilər, onu yanlarına çağıra bilərdilər.

“Əslində bu məsələ mənim heç vecimə deyil, nə saxlanılma şəraitimdən şikayətlənəcəkdim, nə də səhhətimdən. Ancaq yenə də dövlətin öz vətəndaşına qarşı ayrı-seçkiliyi, etinasızlığı yolverilməzdir, hakimiyyət nümayəndələrinin fərqli fikirlərə qarşı qərəzi, düşmənçiliyi kimi alqılanır. Bu iradlarımı BİT rəisi Elnur İsmayılova da çatdırdım. Bundan sonra insan haqları müvəkkilinin müavini mənimlə və Şərqiyyə Sadıqova ilə telefonla danışaraq narazılıqlarımızı dinlədi", - o qeyd edib. 

"Buradan isə Nelson Mandelanın bir fikrini Ombudsman Səbinə Əliyevaya çatdırmaq istəyirəm: “Bir dövlətin həbsxanasında olmayınca həmin dövlətin iç üzünü görə bilməzsən. Bir dövlət yüksək təbəqələrdən deyil, aşağı təbəqələrdən olan vətəndaşlarına münasibətinə görə qiymətləndirilə bilər”", - A.Elgünəş əlavə edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Memar: "Bayırşəhərdə dövlət reyestrindən çıxarılmış tarixi abidələr reyestrə qaytarılmır"

14 Sentyabr 2026

Abdul Hüseynov

Bayırşəhərdə aparılan söküntülər fonunda ərazidə yerləşən və uzun müddət əvvəl dövlət reyestrindən çıxarılmış tarixi abidələr hələ də reyestrə qaytarılmır.  Bu barədə memar Abdul Hüseynov "Toplum TV"yə məlumat verib.  Sözügedən abidələr Murtuza Muxtarov küçəsində yerləşir və 1899, 1899 və 1902-ci illərdə inşa olunublar.  A.Hüseynovun sözlərinə görə, abidələr 2016-cı ildə heç bir əsas gətirilmədən reyestrdən çıxarılıblar. O bildirir ki, müxtəlif vaxtlarda binaların dövlət reyestrinə qaytarılması üçün aidiyyəti qurumlara müraciət etsə də, cavab ala bilməyib.  Bir ildən çoxdur ki, Bayırşəhərdə tarixi binaların və məhəllələrin söküntüsü gedir və yaşı 100-dən çox olan bir neçə bina sökülüb.  Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının...
Ölkə

Şəkidə istirahət mərkəzində kanat xəttində qəza: iki nəfər ölüb

9 Sentyabr 2026

Şəki yaylası

Sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” İstirahət Mərkəzində kanat xəttində baş verən qəza nəticəsində iki nəfər həyatını itirib. İlkin məlumata görə, hadisə kanatın trosunun qırılması nəticəsindı baş verib. Hadisə nəticəsində Qax sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub. Bildirilir ki, onlar təxminən 40 metr yüksəklikdən yıxılıblar. Hadisə şahidlərinin “Qəzetçi”yə verdiyi məlumata əsasən, istirahət mərkəzində “zipline” tipli iki kanat xətti fəaliyyət göstərir. Onların sözlərinə görə, qəza oturacağın kanata birləşdirilən hissəsinin qopması nəticəsində baş verib. Mənbə iddia edir ki, xətlərdən biri standartlara uyğun inşa edilsə də, digəri kustar üsulla quraşdırılıb. Qəzanın da...

Seçilmiş Videolar

Toplum TV loqo