Dünya

ABŞ Çarli Kirkin ölümünü “bayram edən” 6 xaricinin vizasını ləğv edib 

15 Oktyabr, 2025
146

Foto: AP

ABŞ prezidenti Donald Trampın administrasiyası ötən ay qətlə yetirilmiş mühafizəkar fəal Çarli Kirkin ölümünə lağ etdikləri iddia olunan altı əcnəbiyə verilmiş vizaları ləğv edib.

ABŞ Dövlət Departamenti oktyabrın 14-də "X" səhifəsində bildirib ki, sözügedən şəxslər sosial şəbəkələrdə Kirkin ölümünü bayram ediblər və buna görə onların vizalarının ləğv edilməsinə qərar verilib.

Şəxslərin adları açıqlanmasa da, onların Braziliya, Argentina, Almaniya, Paraqvay, Meksika və Cənubi Afrika Respublikasından olduğu bildirilir. 

Daha sonra Dövlət Departamentinin səhifəsində şəxslərin adları gizlədilməklə onların sosial şəbəkə hesablarından olduğu iddia edilən, Kirk haqqında paylaşımları göstərilib. 

"Kirk kimi adamlara empatiyanız varsa, məni dostluqdan çıxara bilərsiniz. Bütün ömrünü irqçi, ksenofobik, seksist ritorikaya həsr etmiş bir adamın ölümü zərrə qədər vecimə deyil. O, layiq olduğu yerdədir", - argentinalıya aid olduğu iddia edilən paylaşımda yazılıb. 

"Prezident Tramp və Dövlət katibi Marko Rubio immiqrasiya qanunlarını tətbiq etməklə sərhədlərimizi, mədəniyyətimizi və vətəndaşlarımızı müdafiə edirlər. Amerikanın qonaqpərvərliyindən faydalanaraq vətəndaşlarımızın qətlini bayram edən əcnəbilər ölkədən çıxarılacaqlar", - deyə bəyanatda vurğulanır. 

Oktyabrın 14-də, həmçinin, Tramp Kirkə ölümündən sonra ölkənin ən yüksək mülki mükafatı olan Azadlıq Medalını verib. O, mükafatı Kirkin həyat yoldaşına təqdim edib.

Trampın ən yaxın müttəfiqlərindən olan, universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatındakı universitetdə çıxış edərkən avtomatdan açılan atəşlə öldürülüb. 

Tramp sentyabrda Kirkin anım mərasimində onu “böyük amerikalı qəhrəman” və “azadlıq şəhidi” adlandırıb.

Kirkin ölümündən sonra Tramp Administrasiyası fəal haqqında sosial mediada edilən neqativ şərhlərə görə jurnalistlər, müəllimlər və digər peşə sahiblərinin işdən çıxarılmasını dəstəkləyib. 

Bu cür cəza tədbirləri liberal qruplar arasında ölkədə söz azadlığı ilə bağlı narahatlıqlar yaradıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır

17 İyul 2026

Centcom

ABŞ və İran arasında davam edən qarşıdurma fonunda tərəflər qarşılıqlı zərbələri davam etdirir. Son hücumlarda İranın cənubundakı hərbi obyektlərlə yanaşı, Körfəz regionunda yerləşən strateji infrastrukturun da hədəfə alındığı bildirilir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 16-da İran ərazisində növbəti hava zərbələri endirdiyini açıqlayıb. Məlumata görə, hücumlar İranın cənubundakı hərbi obyektlərə, hava hücumundan müdafiə sistemlərinə, radar qurğularına və logistika infrastrukturuna yönəlib. Tehran isə cavab olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib. İran rəsmiləri Suriyadakı ABŞ mövqelərinin də hədəfə alındığını bildiriblər. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn, Küveyt və Oman istiqamətində raket hücumları həyata keçirdiyini iddia edib. Küveytin...
Dünya

Vens: “İsraildə bizi İranla danışıqlardan çəkindirmək istəyənlər var”

16 İyul 2026

Government Press Office

ABŞ vitse-prezidenti Ceyms Vens növbəti dəfə İsraili ölkəsi ilə İran arasında danışıqlara müdaxilə etməkdə ittiham edib.  O, iyulun 15-də yayımlanan müsahibədə podkastçı Co Roqana deyib ki, İsraildə bəzi hökumət üzvləri ABŞ-İran danışıqlarına təsir etməyə çalışır.  “Şübhəsiz ki, İsrail hökuməti daxilində İrana qarşı hərbi kampaniyanı davam etdirmək istədikləri üçün bizi danışıqlar siyasətindən uzaqlaşdırmağa çalışan insanlar var. Həmçinin, şübhəsiz ki, onların sistemində bəzi insanlar var ki, müharibəni qeyri-müəyyən müddətə davam etdirmək üçün Amerika ictimai rəyini manipulyasiya edir və dəyişdirməyə çalışırlar. Yenə də, heç bir məqsədə doğru deyil, sadəcə qeyri-müəyyən müddətə”, - o qeyd edib.  Vens daha öncə də İsrail hökumətini İranla anlaşmaya...

Seçilmiş Videolar

Toplum TV loqo