Siyasət

Müxalifətçi Nobel aldıqdan sonra Venesuela Norveç səfirliyini bağlayıb 

14 Oktyabr, 2025
100

Foto: açıq mənbə

Venesuela hökuməti oktyabrın 13-də Norveçdəki səfirliyini bağladığını elan edib. 

Rəsmi açıqlamada qeyd olunmasa da, bu, müxalifət lideri Mariya Korina Maçadoya Norveçin Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı verilməsindən bir neçə gün sonraya təsadüf edib. 

Hökumətin bəyanatında Maçadonun mükafatına toxunulmayıb və səfirliyin bağlanmasının "ölkənin xarici xidmətinin yenidən qurulması çərçivəsində həyata keçirildiyi" bildirilib.

Norveç Xarici İşlər Nazirliyi Venesuelanın Oslodakı səfirliyini bağladığını təsdiqləyib. 

Nazirlik bu qərarı “təəssüf doğurucu” adlandırıb.

“Bir sıra məsələlərdə fikir ayrılıqlarımız olsa da, Norveç Venesuela ilə dialoqu açıq saxlamaq istəyir və bu istiqamətdə işləməyə davam edəcək”, – nazirliyin sözçüsü bildirib.

O əlavə edib ki, Nobel Mükafatının kimə verilməsi “Norveç hökumətindən asılı deyil”.

Maçado uzun illərdir ki, Venesuela lideri Nikolas Maduronun hakimiyyətinə qarşı mübarizə aparır. Onun 12 illik hakimiyyəti bir çox ölkələr tərəfindən qeyri-legitim hesab olunur.
Maçado son bir ilin böyük hissəsini ölkə daxilində gizlənmək məcburiyyətində qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo