Foto: açıq mənbə
Keçmiş deputat, həbsdə olan iş adamı Nazim Bəydəmirli martın 26-sı axşam saatlarında Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial media hesabında məlumat yayıb.
İş adamının səhhətindəki son vəziyyətlə bağlı məlumat verilməyib.
F.Bəydəmirli bundan öncə həmin gün həyat yoldaşının səhhətinin qəfil pisləşməsi barədə məlumat yaymışdı. O, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Hospitalının rəisinə müraciət edərək N.Bəydəmirlinin təcili xəstəxanaya yerləşdirilməsinə çağırmışdı.
Ötən ilin avqustunda ailəsi N.Bəydəmirlinin “ölüm ayağında” olduğu barədə ictimaiyyətə müraciət etmişdi. Həyat yoldaşı daha öncə bildirib ki, sabiq deputat əvvəllər ağır şəkildə COVID-19 xəstəliyi keçirib və ağciyərlərinin 45%-i zədələnib.
Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb.
Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.
Sonradan N.Bəydəmirli Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə maddəsi ilə də ittiham olunub.
2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.
N.Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.
Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb