Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr, 2026
21

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar.

Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər.

“Toplum TV” müraciəti olduğu kimi təqdim edir.

“Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir?
Bakı İstintaq Təcridxanasında (BİT) feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır, Umbakı Penitensiar Müəssisəsində isə feldşerlər müəssisədə tibbi spirt istifadəsinin onlar üçün də qadağan edildiyini bildirərək inyeksiyada belə spirtdən istifadə etmirlər. Bu ifratlar arasında nizam yaratmaq üçün hansısa bir planınız varmı?

Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəziyyət antisanitar olduğu üçün xəstəliyi olan bəzi məhbuslar orada qalmaqdan imtina edir. Antisanitar şəraitdə xəstəliyin müalicəsini təmin etmək necə mümkündür? Bu Müalicə Müəssisəsi nə vaxta qədər yalnız məhbusların mübahisələrini həll etmək, dalaşmaq üçün sövdələşərək üz tutduqları görüş yeri olaraq qalacaq?

BİT-də konkret xəstəliklərlə bağlı müayinə üçün ödəniş tələb edilməsindən və bir neçə dəfə məhbusların ödənişsiz tibbi xidmət tələbləri yerinə yetirilmədiyi üçün etiraz əlaməti olaraq özlərinə xəsarət yetirdiklərindən xəbərdarsınızmı?

İşgəncə ilə ifadə vermiş şəxsləri polis idarələrindən təhvil alarkən təcridxanalar işgəncə izlərini niyə obyektiv şəkildə aktlaşdırmır?

On minlərlə məhbusun həyatı və sağlamlığı bu sualların cavabının nə olmasından asılıdır. Ədliyyə Nazirliyini və Penitensiar Xidməti heç olmasa bu mövzuda hesabatlı olmağa dəvət edirik.”

Ramil Babayev, Fərid İsmayılov - Mütəşəkkil dəstə”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...
Siyasət

Həbsdə olan jurnalist Elnarə Qasımova beynəlxalq mükafata layiq görülüb

6 noyabr 2026

Foto: Ülviyyə Əli

“Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilən jurnalist Elnarə Qasımova 2026-cı il Kurt Şork Beynəlxalq Jurnalistika Mükafatına layiq görülüb. O, həbsxana şəraiti ilə bağlı hazırladığı yazılara görə “Yerli jurnalist” kateqoriyasında ikinci yerə layiq görülüb. Bu barədə “Abzas Media” Kurt Şork Xatirə Fonduna istinadən məlumat yayıb. Mükafatın münsiflər heyəti bildirib ki, Elnarə Qasımova yazılarında həbsxanalardakı korrupsiya, rüşvətxorluq və təhlükəli əmək şəraiti də daxil olmaqla, məhbusların üzləşdiyi ciddi problemləri işıqlandırıb. “Elnarə Qasımovanın Azərbaycan həbsxanasından hazırladığı yazılar böyük cəsarət nümayiş etdirir və həbsxana həyatının son dərəcə narahatedici tərəflərinə işıq salır”, -deyə münsiflər heyətinin rəyində bildirilib. Münsiflər jurnalistin yığcam, faktlara əsaslanan və...

Seçilmiş Videolar

Toplum TV loqo